AÇ-yə gedəcək heyət müəyyənləşib
7-13 aprel günlərində Slovakiyanin paytaxtı Bratislavada idman güləşinin hər üç növü (sərbəst, qadın və yunan-Roma) böyüklər arasında növbəti Avropa çempionatı keçiriləcək. Bir həftə davam edəcək bu çempionatda Azərbaycan güləşçiləri də iştirak edəcəklər. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, artıq çempionata gedəcək heyət müəyyənləşib.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər - Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərlik etdiyi sərbəst güləş üzrə yığmanın heyətində İslam Bazarqanov (57 kq), Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Aqanəzər Novruzov (74 kq), Orxan Abbasov (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Abubəkr Abakarov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) cəmləşib.
Baş məşqçi əvəzi Toğrul Əsgərov və Ağahüseyn Mustafayevin rəhbərliyi altında Aç-yə gedəcək qadın millinin heyətində Elnarə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq) və Ruzanna Məmmədova (62 kq) yer alıb.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər - Həsən Əliyev, Kamran Məmmədov və Elvın Mürsəliyevin rəhbərliyi altında qitə çempionatına gedəcək yunan-Roma güləşi üzrə yığma komandanın heyətində isə aşağıdakı güləşçilər yer alıb:
Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq) Murad Əhmədov (97 kq) və Beka Kandelaki (130 kq).
Çempionatda daha iki həmyerlimiz - İ-S kateqoriyalı Asif Şirəliyev və Sədi Quliyev ədalət qoruyucuları arasında olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.