18 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Elçin Mirzəbəyli: Ya zamanla ayaqlaşmalıyıq, ya da zaman bizi ayaqlayıb keçəcək...

2 ay əvvəl 105 01

Elçin Mirzəbəyli:

Ya zamanla ayaqlaşmalıyıq, ya da zaman bizi ayaqlayıb keçəcək...

Azərbaycan türkcəsinin sərhədləri çox genişdir və əgər biz bu sərhədlər çərçivəsində mümkün olanı edə bilmiriksə, bu dilin yox, bizim problemimizdir.

Dilimiz mükəmməldir! Natamam, yarımçıq olan bizik. Yüzillər boyu əsir düşən milli ruhumuzu müstəqilliyimizin 34 ili hələ ki, azad edə bilməyib. Torpaqlarımızı işğaldan qurtarmışıq, amma milli kimliyimizi, dilimizi, mədəniyyətimizi yox!

Əksəriyyətimiz qarşımızda başqa bir xalqın nümayəndəsini görən kimi, dərhal sınıq-salxaq bir şəkildə, kobud ləhcə ilə onunla öz dilində danışmağa çalışırıq. Təbii ki, əgər biliriksə... Məgər Azərbaycan dilində öz fikirlərini səlis ifadə edən rus xalqının nümayəndəsinə əzik-üzük rus dilində cavab verən soydaşlarımızı az görmüşük? Yaxud hər sözün sonuna “yorum” qoşub, Türkiyə türkcəsində “danışan” azərbaycanlılar az çıxıb qarşımıza? Hələ də başqalarından fərqlənmək, üstün olduğumuzu nümayiş etdirmək istəyimizi ən asan yolla, əsasən rus, bəzən isə ingilis dilində, buna imkanımız olmayanda isə Türkiyə ləhcəsində yeni ifadə tərzi “kəşf etməklə” büruzə verməyə çalışırıq. Deməli, başqalarını özümüzdən üstün sayırıq. Arazın o tayında da durum buradakından fərqli deyil. Amma bunun obyektiv səbəbləri var. Güneyli soydaşlarımızın müstəqil dövləti, ana dillərində məktəbləri yoxdur və əgər hər iki taydakı reallıqların müqayisəsini aparsaq, o zaman istisnasız olaraq, Güney Azərbaycan türklərinin Azərbaycan türkcəsinə və mədəniyyətinə bizdən daha çox sahibləndiyini, daha böyük sevgi bəslədiklərini deyə bilərik.

Milli kimliyimiz, dilimiz, mədəniyyətimiz qürurumuzdur. Azərbaycanlı, Azərbaycan türkü olmaq ilk növbədə vahid bir mədəniyyətin ayrılmaz bir parçası olmaq deməkdir. Əgər milli kimliyinlə, dilinlə, mədəniyyətinlə qürur duymursansa, milli kimliyini, dilini, mədəniyyətini büruzə verməkdən utanırsansa, deməli azərbaycanlı deyilsən. O zaman özünü zora salma, sənə hansı milli kimlik altında yaşamaq rahatdırsa, elə də yaşa... Bəzilərinə elə gəlir ki, Azərbaycan mədəniyyəti özünü bizə “mədəniyyət” adına sırınan nəsnələrdə, məişət səviyyəsində danışıq və davranış üslublarında büruzə verir. Nümunə üçün deyirəm, Rusiyanın özündə gerçək, yəni təxminən XVII əsrdən sonra formalaşmağa başlamış rus mədəniyyətinin, rus dilinin daşıyıcısı olan 20-30% adam tapa bilməzsən. Amma bu 20-30% insanın sırasına daxil olanlardan heç biri buna görə utanmır, natamamlıq kompleksinə əsir düşmür və vaxtilə mənimsədikləri alman, fransız mədəniyyətinə, dilinə üz tutmurlar.

...Bəli, çox yaxşı başa düşürəm ki, qürubunu yaşayan kürəsəlləşmənin milli mədəniyyətlər üçün yaratdığı problemlərdən ənənəvi vasitələrlə yayınmaq mümkün deyil. Müasir informasiya və kommunikasiya texnologiyalarının yaradıcılarının və sahiblərinin diqtə etdikləri şərtlərə və onların sürətlə dəyişən, hər gün yeni çağırışlar, yeni təhdidlər yaradan reallıqlarına Azərbaycanın və Azərbaycan türkcəsinin sərhədləri çərçivəsində müqavimət göstərmək çox çətindir. Ortaq tarix, dil və mədəniyyətin birləşdirdiyi xalqları, toplumları bir araya gətirməklə, arealı genişləndirməklə və daha böyük, həm də keyfiyyətli insan potensialı ilə bu axının qarşısında dayanmaq və hətta özünü mədəni arealımızda daha rahat hiss edən xalqların, toplumların hesabına genişlənmək də olar. Bunun üçün isə Azərbaycan, Türkiyə, Qazax, Özbək, Qırğız, Türkmən, Başqır, Noqay, Yakut, Saxa, Tıva, Kumık... türkcələrindən imtina etmək lazım deyil. Əksinə, ana dilimizi fars, ərəb, rus, fransız, alman və digər dillərdən keçən sözlərdən təmizləmək, qardaş türk xalqlarının lüğətində olan, nə zamansa istifadə etdiyimiz və unutduğumuz sözlərin hesabına zənginləşdirmək, sinonimlərin sayını artırmaq olar. Ortaq türkcənin əleyhinəyəm və bu istiqamətdə bütün cəhdləri ziyanlı hesab edirəm. Çünki ayrı-ayrı türk xalqlarının fərqlilikləri, onların arasındakı rəqabət, bütövlükdə Türk Dünyasının mədəniyyətini zənginləşdirir. Rəqabət olmayan yerdə isə inkişaf yoxdur. Zorla, süni vasitələrlə edilən nə varsa ekspansiyadır, inteqrasiya deyil!

...Biz, təssüf ki, əksər hallarda özümüzdən qaynaqlanan problemlərə görə başqalarını günahlandırmağı, müxtəlif tarixi və geosiyasi prosesləri, hətta təbiət hadisələrini belə bəhanə gətirərək məsuliyyətdən yayınmağı yaxşı bacarırıq. Uzun illərdir türk xalqlarının dil və mədəniyyət müstəvisində inteqrasiyası ilə bağlı müzakirələr aparılır, nitqlər söylənilir, amma prosesi irəliyə doğru aparacaq və hamı üçün əlçatan edə biləcək sadə bir onlayn platformanın yaradılması istiqamətində zəruri addımlar atılmır. Az qala 20 ildir bu barədə danışır və yazırıq: Türk xalqlarının dillərinin “Lingvo” platformasına inteqrasiyasını təmin etmək, yaxud buna bənzər onlayn proqramlar yaratmaq lazımdır. Başqa altenativlər də ola bilər - onlayn izahlı lüğətlər, android, iOs sistemləri üçün tətbiqlər və s. Ya zamanla ayaqlaşmalıyıq, ya da zaman bizi ayaqlayıb keçəcək...

Elçin Mirzəbəyli

18 fevral 2023-cü il

Эльчин Мирзабейли

Bu yazını 2 il öncə yazmışam və təbii ki, ilk dəfə 2 il öncə də paylaşmışam. Bu yazıdan öncə və sonra yazdıqlarım da mövzuya mənim subyektiv baxış bucağımı əks etdirir.

Və bu mövzuda yazdığım bütün yazı və statuslarımın içərisindən, ilk baxışda nəzərə çarpmasa da vahid bir xətt keçir. Bu mövzuda millətimizin, xalqımızın və dövlətimizin mənafeyinə zidd olmayan bütün fərqli fikirlərə sayğı duyuram. Toplumun rifahı və millətin, Vətənin inkişafı üçün fikir istehsal edən insanlara onların mənə münasibətindən asılı olmayaraq, hörmətlə yanaşıram.

Ola bilsin ki, 15-20 il öncə bu və ya digər mövzularda fikirlərimi daha emosional ifadə etmişəm. Həmin yazıların bədii yükü fikir yükündən çox ola da bilər. Bütün bunlar yaşa və təcrübəyə bağlı olan məqamlardır. Amma ana xətt eyni olub. Nə mən dəyişmişəm, nə də milli hədəflərə münasibətim dəyişib. Kimin mənim haqqımda nə düşündüyündən və düşünə biləcəyi ehtimalından asılı olmayaraq, doğru bildiyimi yazmışam və yazacağam, demişəm və deyəcəyəm. Mənim MİLLİ ÖLÇÜ METRLƏRİM Azərbaycan dövlətçiliyini əməldə inşa edənlər, torpaqlarımızı və milli qürurumuzu zəkası, xarakteri, qətiyyəti və gerçək liderlik məharəti ilə əsarətdən xilas edənlərdir. Bu amalı baş üstə tutanlar olduqları yerdən asılı olmayaraq, əqidə və yol yoldaşlarımdır. Digərləri ilə isə nə yol, nə də fikir birliyim var.

Fikrimi, mövqeyimi, baxış bucağımı kiməsə yaxşı görünmək, kiminsə rəğbətini qazanmaq üçün dəyişmək kimi bir niyyətim yoxdur, olmayacaq da...

Azərbaycandan yüksəkdə tuta biləcəyim heç bir coğrafi ərazi yoxdur!

Vətəndaşı və aşiqi olduğum Azərbaycan Respublikasından bir millimetr üstün tuta biləcəyim heç bir dövlət yoxdur.

Azərbaycan Respublikasının müqəddəs üçrəngli bayrağının kölgəsinin üzərində görə biləcəyim heç bir atribut yoxdur!

Azərbaycan türkcəsindən, Azərbaycan Respublikasının dövlət dilindən üstün bildiyim heç bir dil, ləhcə, şivə yoxdur.

Fikirlərimi təqdir və etik normalar çərçivəsində tənqid edənlərə təşəkkür edir, uğurlar diləyirəm!

P.S. Qeyd edim ki, 2 il öncə yazdığım və təkrar paylaşdığım yazıya indi yazdığım şərhin və ya rəyin konkret hər hansı bir şəxsə, fərdə birbaşa və dolayısıyla aidiyyatı yoxdur.

Vüqar Əfəndiyev

Elçin müəllim, çox aktual məsələdir.

Çox təəssüflər olsun ki, bu gün hələ

də öz dilində danışmağı özünə ar bilən

sovet dönəmindən qalma stereotiplər

hələ də aramızda çoxdur.Bu qəbildən

olanlar xüsusilə rus dilində danışmağı

özlərinə şərəf-şan bilirlər. Bu yerdə dahi

şairimiz, mərhum Bəxtiyar Vahabzadənin

dilimizə aid yazdığı çox gözəl şerindən

bir beytlə bu yazıma möhür vururam:

İtin də dilinə hörmətimiz var,

Təkcə öz dilimiz yaramır bizə

Ramazan Səməroğlu

Elçin müəllim, salam.Yazınızı çox ürəkdən oxudumQaldırdığınız məsələ çox ağrılı yerimizdir.On beş keçmiş sovet rüspublikalarında ancaq yeganə bizik ki, hələ də rus dilindən əl çəkə bilməmişik.İş yerində iki Türk rusca danışır inanın allaha adamın tüstüsü təpəsindən çıxır.Elə bil heç bu ölkədə yaşamırlar. Sovet dövründə başqa respublikalarda rusca danışanda adama qəsdən cavab vermirdilər ki, mənim dilimdə danış.Biz onda da yatmışdıq, indi də. Hal-hazırda Bakının küçələrində əhalinin çox hissəsi rusca danışır.Görəsən bu xalq nə vaxt özünə, öz dilinə hörmət edəcək.Hələlik ağlım bir şey kəsmir...

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

John Doe 1 gün əvvəl

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

John Doe 5 gün əvvəl

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

John Doe 2 həftə əvvəl

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

John Doe 2 həftə əvvəl

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

John Doe 2 həftə əvvəl

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com