08 avqust 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Hakan Fidan və Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparıblar

Hakan Fidan və Sergey Lavrov Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparıblar

“Korrupsiya - cəmiyyətin görünməyən düşməni” – Masallıda tədbir

“Korrupsiya - cəmiyyətin görünməyən düşməni” – Masallıda tədbir

ABŞ YUNESKO-dan çıxdığını elan etdi

ABŞ YUNESKO-dan çıxdığını elan etdi

Ərdoğan Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib

Ərdoğan Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib

Məhkəmədə zərərçəkənlər, girovlar və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülənlər ifadə verib

Məhkəmədə zərərçəkənlər, girovlar və Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülənlər ifadə verib

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib

Cırıq dırnaqlar və sınıq barmaqlar: erməni təcavüzü qurbanlarının şok ifadələri

Cırıq dırnaqlar və sınıq barmaqlar: erməni təcavüzü qurbanlarının şok ifadələri

Laçın rayonunda insan qalıqları aşkar edilib

Laçın rayonunda insan qalıqları aşkar edilib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

Qəzet dövlət arxivi, dövlətçilik tarixidir

Şəhid Anar Novruzovun xatirəsi anılıb - MASALLIDA

Şəhid Anar Novruzovun xatirəsi anılıb - MASALLIDA

“Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü” – Masallıda tədbir

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

Misir Mərdanov: On altı il nazir işlədi, "Jiquli" sürürdü - Sürücüsü də yox idi

4 ay əvvəl 126 01

Misir Mərdanov:

On altı il nazir işlədi, "Jiquli" sürürdü - Sürücüsü də yox idi

Martın 30-u on altı il (1971-1987) Azərbaycan SSR-in Ali və Orta İxtisas Təhsili sisteminə bacarıqla rəhbərlik etmiş Əliyev Qurban Həsən oğlunun anım günüdür.

Yaxşı xatırlayıram, Təhsil naziri vəzifəsinə təyin olduğumdan bir il sonra Qurban Əliyev mənə zəng etdi ki, Sizinlə görüşmək istəyirəm. Onunla görüş zamanı dedi ki: “Mən nazir vəzifəsindən azad olduqdan sonra bu binaya gəlməmişəm. Gəldim ki, Sizə bəzi məsləhətlər verim. Söhbət zamanı dedi: Nazir işlədiyim dövrdə Heydər Əliyev mənə tapşırıq vermişdi ki, hər il avqust ayının ortalarında Moskvaya gedib SSRİ Ali və Orta İxtisas Təhsili naziri Yelyutinlə görüşüm. O, mənə söz verib ki, digər respublikalar üçün ölkənin başqa şəhərlərində təhsil almaq məqsədi ilə ayrılmış və boş qalan yerləri Azərbaycana versin. Beləliklə həmin illərdə biz 15 minə yaxın azərbaycanlı gənci keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərə bildik”.

Onu da yaxşı xatırlayıram ki, 40 ilə yaxın müxtəlif rəhbər vəzifələrdə işləmiş Qurban Əliyev yaşlı vaxtında Bakının küçələrində jiquli avtomobilini özü idarə edirdi.

Qurban Həsən oğlu Əliyev 1921-ci il iyunun 22-də Rusiyanın Zabaykalye vilayətinin Çita şəhərində anadan olmuşdur. Atası Həsən kişi İrəvanda anasını təhqir etmiş rus əsgərini öldürdüyünə görə tutulub mühakimə edilərək, Uzaq Şərqə - Zabaykalye vilayətinin Çita şəhərinə sürgün edilmişdi. O, 1904-cü ildə elan olunmuş çar Manifestindən sonra azad olunur və bir müddət Zabaykalyedə yaşayır. Bu müddət ərzində Həsən böyük səylə çalışaraq geniş imkan sahibi olur və Çita şəhərinin nüfuzlu şəxslərindən biri kimi tanınır. Az sonra o, İrəvana qayıdaraq bəy nəslindən olan Göyçək Əliyeva (görkəmli dövlət xadimi Əziz Əliyevin bacısı) ilə evlənib və onu da özü ilə Çita şəhərinə aparmışdır. Sibirdə onların 13 övladı dünyaya göz açsa da, taleyin qismətindən yalnız üç uşağı (Qurban, Yusif və Məhərrəm) sağ qalmışdılar. Həsən kişi 1931-ci ildə ailəsi ilə Bakıya qayıtmışdır. Oğlu Məhərrəm bədbəxt hadisə nəticəsində həlak olmuş, Yusif İkinci Dünya Müharibəsində iştirak etmiş və Azərbaycanın müxtəlif rayonlarında həkim kimi fəaliyyət göstərmişdir.

On yaşlı Qurban Əliyev Bakıdakı 6 nömrəli məktəbdə təhsilini davam etdirmiş, 1941-ci ildə orta məktəbi bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (İndiki Azərbaycan Tibb Universitetinə) daxil olmuşdur. 1946-cı ildə institutu bitirdikdən sonra Xızı rayonunda həkim kimi fəaliyyətə başlamışdır. Az sonra təşkilatçılıq bacarığı, idarəetmə qabiliyyəti nəzərə alınaraq həmkarlar təşkilatı sahəsində vəzifəyə irəli çəkilmiş, 1958-1961-ci illərdə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmıdır.

O, 1959-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almış, Azərbaycan Dövlət Tibb İnstitutunun daxili xəstəliklər kafedrasında elmi pedaqoji fəaliyyət göstərmişdir.

Qurban Əliyev 1961-ci ildə 26 Bakı komissarı (indiki Səbail) rayon partiya komitəsinin birinci katibi seçilmiş, on il bu vəzifədə çalışmışdır.

O, 1971-ci ilin iyununda Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri vəzifəsinə təyin edilmişdir. Onun nazir vəzifəsində işlədiyi illərdə (1971-1987) azərbaycanlı gəncələrin SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi geniş vüsət almış, 15 mindən artıq mütəxəssis SSRİ-nin nüfuzlu ali məktələrində təhsil alıb vətənə qayıtmışdır. Bununla yanaşı həmin dövrdə hər il 50-60 nəfər azərbaycanlı gənc aspirantura (indiki doktorantura) təhsili almaq üçün SSRİ-nin nüfuzlu ali məktəblərinə və elmi mərkəzlərinə göndərilmişdir. Həmin dövrdə hər bir addımın Moskva ilə razılaşdırılması baxımından mövcud olan çətinliklərə baxmayaraq bir neçə təhsil müəssisəsi, o cümlədən Azərbaycna Texnologiya İnstitutu (indiki Gəncə Texnologiya Universiteti), Gəncə Avtomobil Texnikumu, Lənkəran və Naxçıvan musiqi məktəbləri, Bakı Maşınqayırma Texnikumu və Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Memarlıq və İnşaat Universiteti) fəaliyyətə başlamışdır.

1987-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Mixail Konovalov milli kadrlara üstünlük verməsini bəhanə edərək onu millətçi adlandırmışdır. Bu haqsızlığa etiraz edən Qurban Əliyev: “Nə etmişəmsə, xalqım üçün, vətənim üçün etmişəm və bundan da peşman deyiləm” deyərək nazir vəzifəsindən çıxmaq üçün ərizəsini yazmışdır.

Qurban Həsən oğlu Əliyev hansı vəzifədə işləməsindən asılı olmayaraq həmişə milli təəssübkeşlik nümayiş etdirmiş, ciddi təzyiqlərə baxmayaraq bir vətəndaş kimi öz mövqeyini dəyişməmişdir.

O, on altı il ölkəmizin Ali və Orta İxtisas Təhsili naziri vəzifəsində işləyərək, təhsil sisteminin təkmilləşdirilməsin, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, istiqamətində təqdirəlayiq xidmətlər göstərmiş, eyni zamanda Azərbaycan Dövlət Tibb İnstitutunun professoru kimi səmərəli fəaliyyətini davam etdirmişdir.

Qurban Əliyev respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, altı çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, 1966-cı ildə respublikanın əməkdar həkimi adına layiq görülmüş, dövrün ən yüksək mükafatları - “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri və müxtəlif medallarla təltif edilmişdir.

Tanınmış ictimai xadim və pedaqoq, bacarıqlı elm və təhsil təşkilatçısı, vətənpərvər insan Qurban Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. O, 2008-ci ilin martın 30-da Bakı şəhərində vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Allah rəhmət eləsin!

Agayev Farid

Misir müəllim bu müqəddəs gündə belə gözəl bir insanı yad etməklə bizləri duyğulandırdınız. sizə minnətdarıq və Bayramınızı təbrik edirik.

Qurban Qasanoviçin vaxtında ali təhsil almışam, Azidə işləyərkən dəfələrlə bizim instituta gələrdi, o vaxt rektörümüz olan akademik, Sosialist Əməyi Qəhrəmanı İsmayıl İbrahimovla birlikdə bütüm məsələləri həll edər, tövsiyyələrini verərdi,birlikdə şəklimiz var. Xarici institutlara gedən tələbələr Azidə formalaşdırılır, indiki Heydər Əliev sarayında Milli öndərlə görüşdən sonra təyyarə ilə həmin şəhərlərə göndərilirdi.Onları müşayət edən işçilər 10 gün həmin şəhərlərdə qalır, tələbəıərin bütün problemlərini həll edərək, sonda Nazirə hesabat verilirdi.1980 -ci ildə təkcə Xarkov şəhərində olan 19 Universitetə qəbul olan 80 tələbəni mən aparmışam, İndi məşhur XİREA- nın beynəlxalq əlaqələr üzrə prorektoru Professor Murad Omərov həmin tələbələrdəndir.

Qurban müəllimin ruhu şad olsun!

Фамил Сафаров

Allah rəhmət eləsin. Vətənini, millətini sevən nurlu bir insan idi. 70-ci illərdə Ali Təhsil Naziri idi. Ukrayna universitetlərindən birində göndərişlə təhsil alırdım. Orada milli zəmində baş verən konfliktə görə Moskva məni geri, Azərbaycana göndərdi. Onun qəbuluna getdim. Katibəsi məsələ barədə məruzə etdikdə, həmən məni qəbul etdi. Çox böyük diqqət, qayğı ilə dinlədi və müvafiq ixtisas üzrə təhsilimi davam etdirmək üçün institut rektoruna yanımdaca zəng etdi. İşlərim qaydasına düşənədək hər şeyi öz nəzarətində saxladı.

Ruhuna sayğılar. Əsil rəhbər idi. İndikilərin qəbuluna düşmək belə müşkül işdir.

Мехсети Алиева

Qurban Əliyev çox insanların həyatında rol oynayıb, xeyirxah insan kimi yadda qalıb, o deyirdi:”Kadrları yetişdirmək lazımdır, hazır kadr axtarmaq yox”. Onlardan biridə mənəm, 5 il Təhsil Nazirliyində çalışdığım dövrdə dövlət qulluqçusu kimi formalaşdım, ona müraciət etmədən məni müfəttiş vəzifəsinə təyin etdi, o vaxtlar Təhsil Nazirliyinin Komsomol katibi olmaq üçün namizədliyimi irəli sürmüşdü və məndə çalışırdım göstərilən etimadı doğruldum, 5 ildə nazir tərəfindən iki dəfə Təşəkkürnamə ilə təltif olunmuşam. Qurban müəllim gözəl insan, insanpərvər, Vətəni ürəkdən sevən gözəl rəhbər olub, Allah rəhmət eləsin, yeri cənnət olsun, ruhu şad olsun!Amin!

Hasan Bayramov

Yeri gəlmişkən,akademik Hüseyn Əhmədovun APİ-də (indiki ADPU) Pedaqogika kafedrasının müdirliyinə süni maneələr yatadıldığını bilən kimi onların qulağını burmuşdur.Sonralar Hüseyn müəllim yarım əsrə yaxın həmin kafedranın müdiri oldu,yenə onun diqqəti sayəsində SSRİ Pedaqoji Elmlər Akademiyasına seçildi.Allah qəni-qəni rəhmət etsin hər ikisinə

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

John Doe 1 ay əvvəl

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

John Doe 1 ay əvvəl

Şabran rayon Uşaq Kitabxanasında kitab təqdimatı olub

Şabran rayon Uşaq Kitabxanasında kitab təqdimatı olub

John Doe 1 ay əvvəl

Ruslar IELTS İngilis dili imtahanından keçdikləri üçün həbs olunacaqlar

Ruslar IELTS İngilis dili imtahanından keçdikləri üçün həbs olunacaqlar

John Doe 2 ay əvvəl

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

John Doe 2 ay əvvəl

Gənc Tamaşaçılar Teatrında İncəsənət festivalı keçirildi

Gənc Tamaşaçılar Teatrında İncəsənət festivalı keçirildi

John Doe 2 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azər...

19 iyun 2025 21:37:14
• İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib}

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

19 iyun 2025 16:27:00
• İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib}

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com