31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx hazırlandı.
Videoçarxda izləyicilərə Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərman, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam haqqında məlumat verilmişdir.
Soyqırım nəticəsində daşnaklar tərəfindən Bakı şəhərində, Şamaxı, Quba, Salyan, Lənkəranda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb.
Videoçarxda qeyd olunur ki, Qubada aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental Quba Soyqırımı Memorial Kompleksi ucaldılmışdır.
Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilmişdir:
https://www.youtube.com/watch?v=c6RMNJqv0m0
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.