Atletimiz Dadaş Dadaşbəyli Avropanın ən yaxşısı seçilə bilər
13-21 aprel günlərində Moldovada kişi və qadınlar arasında ağır atletika üzrə növbəti Avropa çempionatı (Avro-2025) keçiriləcək. Yeri gəlmişkən, Azərbaycan bu çempionata 10 atletlər qatılmağı planlaşdırır. Qeyd edək ki, sözügedən çempionatın açılış mərasimi bizlər üçün daha maraqlı ola bilər. Belə ki, mərasimdə 2024-cu ilin ən yaxşı atleti elan ediləcək. Qeyd edək ki, qitənin müxtəlif ölkələrini təmsil edən 10 namizəd arasında Azərbaycan yığmasının lideri, ötən il keçirilən Avro-2024-də ikisi kiçik, biri böyük olmaqla üç qızıl medal qazanan Dadaş Dadaşbəyli (109 kq) də yer alıb.
Bir məqamı da qeyd edək ki, Dadaşbəyli bir neçə gün öncə Gənclər və idman nazirliyi tərəfindən ilin "idman səfiri" seçilib. Onunla yanaşı, eyni ada Aliyə Paşayeva (bədii gimnastika), Fəridə Əzizova (taekvondo), Orxan Səfərov (cüdo) və Xəyyam Orucov (milli idman növləri) da layiq görülüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.