FIFA Leonun Klublararası Dünya Çempionatından kənarlaşdırıldığını açıqlayıb
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) rəsmi saytında Meksikanın "Leon" klubunun 2025-ci il Klublararası Dünya Çempionatından kənarlaşdırılacağını açıqlayıb.
Təşkilat yaxın vaxtlarda Leonu əvəz edəcək klubun adının veriləcəyini vurğulayıb.
“Paçuka və Leona qarşı intizam icraatının başlanmasından sonra FİFA İntizam Komitəsinin sədri FİFA İntizam Məcəlləsinin 56-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq işi birbaşa FİFA Apellyasiya Komitəsinə göndərmək qərarına gəlib.
Bütün mövcud sübutları nəzərdən keçirərək, FİFA Apellyasiya Komitəsinin sədri qərar verdi ki, Paçuka və Leon 2025-ci il Klublararası Dünya Çempionatı Reqlamentinin 10(1) Maddəsində göstərilən çoxkluba sahiblik meyarlarına uyğun gəlmir.
FİFA 2025-ci il Klublararası Dünya Çempionatı Reqlamentinin 10-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, FİFA Klub Leon-un yarışdan kənarlaşdırılması və onun dəyişdirilməsinin vaxtında elan edilməsi barədə qərar qəbul edib”, - FİFA-nın bəyanatında deyilir.
İyunun 15-dən iyulun 13-dək ABŞ-da klublararası dünya çempionatı keçiriləcək. Meksikalı Leon və Pachuca eyni şirkətə məxsusdur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.