Sərbəst güləşçilərimiz AÇ-nin ilk günündə 4 medal qazanıblar
Albaniyanın paytaxtı Tiranada 23 yaşlılar (U-23) arasında idman güləşi üzrə keçirilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa çempionatı davam edir. Yarışın ilk günündə sərbəst güləşçilər mübarizəyə başlayıblar. AGF-dan verilən məlumata görə, ilk gündə 5 güləşçimiz döşək üzərinə çıxıb ki, onlardan da dördü mükafatçılar sırasında yer alıb.
Güləşçimizdən Kənan Heybətov (70 kq) və Fərid Cabbarov (79 kq) yalnız həlledici finalda büdrəyərək çıxışını ikinci yerdə başa vurmaqla gümüş medal qazanıb.
Rəhman İmanovla (57 kq) Murad Haqverdiyev (65 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
Dünən daha beş sərbəst güləşçimiz mübarizəyə qatılıb ki, onlardan da Ceyhun Allahverdiyev (61 kq), Aqanəzər Novruzov (74 kq) və Arseniy Cioyev (86 kq) finala yüksəlib və ən azından gümüş medalı özünə təmin edib. Bu gün hər üç finalçımız son həlledici görüşünə çıxacaq.
Bu gün eyni zamanda qadın güləşçilər də mübarizəyə başlayacaqlar.
Çempionatı martın 14-də yunan-Romaçıların görüşü ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.