Autsayderler qarşılaşıb, növbə liderlərindi
Kişi basketbol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) sayca 16-ci olan növbəti turun oyunları davam edir. Dünən həm A, həm də B qrupunda autsayderlər qarşılaşıblar. A qrupunda sonuncu pillədə qərarlaşan NTD sonuncudan əvvəlki olan "Abşeron"la qarşılaşıb. Görüş birincinin 13 xal fərqli qələbəsi ilə başa çatıb - 98:85 (23:25, 24:12, 31:27, 20:21. Bu oyundan sonra "Abşeron" sonuncu pilləyə düşüb. NTD isə bir pillə yuxarı qalxıb.
B qrupunda isə sonuncu yeri tutan "Lənkəran" özündən bir pillə yuxarı olan "Sumqayıt"i qəbul edib. Oyun qonaq komandanın qələbəsi ilə bitib - 83:88 (21:18, 20:29, 17:16, 25:25).
Bu gün isə B qrupunun liderləri üzləşəcəklər. Oyunların birində hərəyə 26 xalla qrupa şərikli liderlik edən "Şəki" ilə "Ordu ' qarşılaşacaq. Digər oyunda isə yenə də 26 xalla liderlər qrupunda yer alan "Gəncə" Qubada eyniadlı klubun qonağı olacaq. Bununla da ABL-da 16-cı tura yekun vurulacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.