Azərbaycan Kuboku: Daha bir yarımfinalçı müəyyənləşdi
Futbol üzrə Azərbaycan kubokunun növbəti yarımfinalçısı müəyyənləşib.
1/4 finalın cavab oyununda “Araz-Naxçıvan” səfərdə “Zirə” ilə qarşılaşıb. Oyun 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Hər iki qolu 3-cü və 45-ci dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirən Felipe Santos vurub.
Beləliklə, ilk görüşdəki qələbəni (1:0) nəzərə alan “Araz-Naxçıvan” “Qarabağ”la qarşılaşacağı növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, bu gün "Neftçi"nin "Kəpəz"i qəbul edəcəyi daha bir görüş baş tutacaq (ilk oyun - 2:0). Döyüş saat 19:30-da başlayacaq.
Yada salaq ki, 1/4 finalın startında “Qarabağ” “Səbail”i 3:1, “Sabah” isə “Sumqayıt”ı darmadağın edib (4:0).
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.