Azərbaycan ev sahibliyi etdiyi Böyük Dəbilqəni 5 medalla üçüncü yerdə bitirib
14-16 fevral günlərində Bakıdakı Milli Gimnastika Arenasında kişi və qadınlar arasında Dünya Cüdo Seriyasından olan və reytinq xarakterli Böyük Dəbilqə turniri keçirilib. Üç gün davam edən turnirdə Azərbaycan da daxil olmaqla, 38 ölkədən 277 (176 kişi və 101 qadn) tatami ustası medallar uğrunda mübarizə aparıb. Ölkəmiz sözügedən turnirə 9-u qadın olmaqla, 32 cüdoçu ilə təmsil olunub ki, onlardan da yalnız beşi uqurla çıxış edərək mükafatçılar sırasında yer alıb (1-1-3). Yeganə qızıl medalı bütün görüşlərini qələbə ilə başa vuran Zeilm Tckayev (81 kq) qazanıb. Gümüş medal zədə üzündən həlledici final görüşünə çıxa bilməyən Rəşid Məmmədəliyevin (73 kq) aktıvinə yazılıb. Bürünc medallar isə Əhməd Yusifov (60 kq), Elşən Əsədov (66 kq) və Vüsal Qələndərzadənin (73 kq) payına düşüb.
Azərbaycan bu göstərici ilə komanda hesabında Yaponiya (10-4-3) və Almaniyadan (1-2-1) sonra üçüncü olub.
Onu da qeyd edək ki, hər çəki dərəcəsində ilk üç yeri tutan cüdoçu müvafiq olaraq, aktıvinə 1000, 700 və 500 reytinq xalı yazdırıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.