18 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Siyasət REDAKTORUN SEÇİMİ

Aslan İsmayılov: Ən təhlükəlisi isə elə daxili düşmənlərimizdir...

4 ay əvvəl 152 01

Aslan İsmayılov:

Ən təhlükəlisi isə elə daxili düşmənlərimizdir...

Rusiyanın Azərbaycanda fəaliyyət göstərən casus şəbəkəsi Sizin təxmin etdiyinizdən dəfələrlə böyükdür. Ona görə də bu məsələyə bir az həssas yanaşmanızı xahiş edirəm. Lakin bir məsələni dəqiqliklə bildirirəm ki, Azərbaycana gəldiyim 89-cu ildən, xüsusilə Milli Məclisdəki 17 avqust 1993-cü il tarixli çıxışımdan (youtu.be/bPaI9of0Iuw) sonra məhz həmin şəbəkənin hədəfinə çevrildim. Az sonra məni Prezident Aparatından kənarlaşdırdılar. 1993-cü ildən bu günə qədər həyatımı cəhənnəmə çevirənlər məhz bu dəstənin başında duran Ramiz Mehdiyev və əlaltıları olmuşdur. Rusiya şəbəkəsini ölkəmizdə idarə edənlər də məhz bunlar olub. Onlardan aşağı isə çoxsaylı vəzifə sahibləri, mühüm postlar tutanlar olub və heç biri rəhmətlik Heydər Əliyevin və yaxud İlham Əliyevin istəyi ilə vəzifələrdə olmayıblar. Ölkədə yaranmış sabitliyi pozmamaq üçün onların vəzifədə qalmaları məcburi idi. Bu şəxslər Azərbaycan xalqını, dövlətini, müstəqilliyini düşünən hər kəsi məhv etmişlər. Mən bunu təcrübədə yaşamış biri kimi deyirəm. Bir daha təkrar edirəm ki, bu şəbəkə mənim Azərbaycandakı yaşayışımı cəhənnəmə çevirmişdir. Sadəcə Uca Allahın mənə verdiyi əzm, səbr buna tab gətirməyə imkan verdi. Amma heç də hər kəs mənim kimi şanslı olmayıb. Məhz Mehdiyev dəstəsi xalqını düşünən hər kəsi məhv etmək üçün əllərinin altında olan bütün vasitələrdən istifadə etmişdir. Xüsusilə şəbəkənin mühüm fiqurlarından sayılan Əli Həsənovun rəhbərliyi altında jurnalistikada olan yaramazların vasitəsilə millətin ziyalı təbəqəsinə qan uddurublar. Şəxsən mənim haqqımda “atası da, anası da, özü də ermənidir” yazdıraraq rəhmətə gedən valideynlərimi də təhqir etmişlər. Bütün vasitələrlə məni, ölkəni tərk etməyə vadar etsələr də, məhz bu günün hökmən gələcəyinə inandığım üçün səbrlə gözləyib Vətənimi tərk etmədim. Əgər bizim xüsusi xidmət orqanları 1993-cü ildə Milli Məclisdəki çıxışımdan üzü bu yana haqqımda yazılan bütün şər-böhtan dolu yazıları təhlil etsələr bu dəstənin üzvlərinin, onlara xidmət edənlərin, Milli Məclisdə hələ də oturan satqın millət vəkillərinin – hamısının adlarını görəcəklər. Məhz həmin satqınlar jurnalistlər evindən mənzillər, elmi, fəxri adlar aldılar, bir çoxları əməkdar jurnalist oldular.

Xüsusilə 2010-cu ildə “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabını yazandan sonra mənə olan hücumlar daha da kəskinləşdi, amansız xarakter aldı. Daha sonra məni vəkillikdən qovdular, aparılmadığım polis idarəsi qalmadı, banditizmdə qatı cinayətkar kimi döydülər, ailəmlə təhdid etdilər. Mən başıma gələnlərin çoxunu gənc nəsli, Xalqı, Dövləti üçün çalışanları qorxutmamaq üçün cəmiyyətə bildirmədim. Amma bu təqiblərə tək mən yox, ailə üzvlərim də məruz qaldı. Xaricdə yaşadıqları müddətdə daim dövlətləri üçün çalışmalarına, vətənlərini ən yüksək səviyyədə təbliğ etmələrinə baxmayaraq onları da bu çirkin oyuna qoşdular, “erməni casusu, rus cəsusu” adlandırdılar, bunları Azərbaycan TV-lərində, kütləvi informasiya vasitələrində ardıcıl olaraq yayımladılar. “Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı” kitabında SSRİ-nin mahiyyətini, Rusiyanın ölkəmizə qarşı olan dağıdıcı mövqeyini ifşa etdiyinə görə mübarizə daha amansız xarakter aldı. Məhz bu kitabdan sonra Sumqayıt hadisələrinin SSRİ DTX-sı tərəfindən təşkil olunduğunu faktlarla sübut etdiyimə görə R.Mehdiyev vaxtilə AzTV-nin məşhur siması, "Almaniyanı dağıdan" İbrahim Məmmədli vasitəsilə tələm-tələsik “Sumqayıt hadisələri” kitabını yazdırdı. Mahiyyət etibarilə mənim kitabımda olan faktları götürdülər, sadəcə əsas ünvanı dəyişdirdilər. Mənim kitabımda Sumqayıt hadisələri sadəcə azərbaycanlı-erməni qarşıdurması deyildi, Kremlin Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana vermək üçün təşkil olunmuş bir təxribatı idi. R.Mehdiyev kitabında isə İ.Məmmədov başqaları ilə birlikdə bu hadisələri “primitiv azərbaycanlı-erməni qarşıdurması” kimi göstərdilər və bu kitaba görə İ.Məmmədov başda olmaqla bir çoxları tarix elmləri namizədi, doktoru, əməkdar jurnalistlər və s. elmi, fəxri adlar aldılar. Kitabımın yayılmasına isə hər yerdə qadağa qoyuldu. İlk dəfə keçmiş Baş Nazir Novruz Məmmədov vasitəsi ilə Sumqayıt hadisələri ilə bağlı 2010-cu ildə prezident İlham Əliyevə ünvanladığım məktubdan sonra onun başçılığı ilə Prezident Aparatında müzakirə oldu və kitabda göstərilən hadisələrin, faktların araşdırılmasına dair hüquq-mühafizə orqanlarına Prezidentin göstərişi oldu. O göstərişdən sonra isə tam əksi baş verdi, R.Mehdiyevin əli ilə başqa kitab yazıldı. Prezidentin göstərişindən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov mənimlə əlaqə saxlayıb kitab istədi və 20 ədəd kitabı ofisimdən həmin dövr XİN mətbuat katibi olan Elxan Poluxov şəxsən götürdü. Kitabın artıq yayılacağından əmin olub onu yenidən 1000 nüsxədə çap etdirdim və kitabları necə çatdıracağımı soruşanda mənə bildirildi ki, kitabın yayılmasının qarşısının alınmasına dair E.Məmmədyarova qəti tapşırıq verilib. Bundan sonra məhdud imkanlarımdan istifadə edib kitabı rus, türk, ingilis, alman, fransız dillərində çap etdirib təkbaşına dünyada yaymağa başladım. Ona görə ki, bu kitabın Azərbaycan xalqı üçün əhəmiyyətini gözəl bilirəm. Məhz bu gün də həmin kitabın yayılmasının qarşısını alan həmin o casus şəbəkəsinin qalıqlarıdır.

2013-cü ildən isə bu dəstə haqqımda növbəti dalğa başladı. Həmin bu şəbəkənin tapşırığı ilə mənim mülki məsuliyyətə cəlb olunmağım üçün ard-arda yaramazlar vasitəsi ilə proseslər başladı. Bununla bir şeyə nail ola bilmədikdə yenə öz əlaltıları vasitəsilə haqqımda şikayətlər təşkil olundu, guya mən kimlərisə təhqir etmişəm, kimlərəsə böhtan atmışam. O qədər quduzlaşdılar ki, artıq 2 dəfə məhkum olunandan sonra hüquqşünas Aslan İsmayılov barəsində 2017-ci ildə guya “hakimi döyüb, qapını sındırıb, balıq hafizin müavinini elə vurub ki, belinə dəmir girib” kimi iftiralarla məni xuliqanlıq etmiş şəxs kimi yenidən cinayət məsuliyyətinə cəlb etdirib həbsimə nail olmaq istədilər. O dövrlər ancaq Prezident İlham Əliyevin şəxsi müdaxiləsi məni qorudu. Ona görə ki, artıq cərimə və islah işlərinə 2 dəfə məhkum olunmuş şəxs üçüncü dəfə xuliqanlıq maddəsilə hökmən azadlıqdan məhrum edilməli idi. Həmin məhkəmə prosesində yazılı çıxış etdim. Linkini də Sizinlə paylaşacağam ki, hansı həyasızlıqla haqqımda o cinayət işinin saxtalaşdırıldığını görəsiniz (https://youtu.be/bZJ3UC8xafY). Bu gün bir daha demək istəyirəm ki, haqsızlıq heç vaxt daimi ola bilməz. Bu gün mənim sevindiyim qədər heç kəs sevinə bilməz, çünki mənim kifayət qədər yaşım var və ən çox gözlədiyim bu məqam idi ki, Xalq kimin Dövlətinə qulluq etdiyini, kiminsə bu xalqa qulluq edənləri var qüvvələri ilə məhv etməyə çalışdığını görsün, tanısın. Bu şəbəkənin ifşası heç də kiməsə asan gəlməsin. Bundan sonra Azərbaycana həm daxildən, həm də xaricdən hücumların sayı artacaq. Biz hamımız dərk etməliyik ki, minlərlə şəhidin, qurban edilmiş həyatların sayəsində əldə etdiyimiz bu müstəqilliyi qorumaq bizim hamımızın borcumuzdur. Başa düşürəm ki, çətindir, maddi çətinliklər dözülməz həddədir. Ancaq yeni müstəqil dövlət qurmaqdan da çətin onu qoruyub saxlamaqdır. Ən təhlükəlisi isə elə daxili düşmənlərimizdir, çünki onlar üçün vətənə xəyanət həmişə böyük yem yeri olub. Gözümün qarşısında dövlətinə, vətəninə xəyanət edənlər, dövlətini, vətənini sevənləri məhv edənlər yağ-bal içində yaşadılar, ölkənin ən ali təltiflərini aldılar. Dövlətinə, vətəninə qulluq edənlər isə ehtiyac içində yaşayıb, elə ehtiyac içində də bu dünyanı tərk elədilər. Çoxlu sayda tanıdığım belə şəxslər var ki, bu gün onlara rəhmət diləyirəm. Dövlətinə, vətəninə xəyanət edənlərə isə arzu edirəm ki, nə qədər ki, gec deyil geri çəkilsinlər, bilsinlər ki, onları da gec-tez eyni aqibət gözləyəcək. Yoxsa, Ramiz Mehdiyev və əlaltıları kimi ahıl yaşlarında “mən xəyanətkar deyiləm, mən cəsus deyiləm” deyib bağıracaqlar. Ancaq bu Xalq hər şeyi bilib, bilir və gələcəkdə də vətən xainlərini tanıyacaqdır.

Natig Hacıyev

Bu qoca dərhal həbs olunmalıdı malı mülkü əlindən alınmalıdır!

İlham Eliyev

Dəhşət budir ki az qala bu ölkəni bütöv bir rus evinə çeviriblər.

Tahir Amiraslanov  ·

Məqalədəki müddəaların bir çoxu ilə razıyam. Bu təzyiqləri öz həyatımda yaşadım və yaşayıram

Vuqar Ibrahimov

Camaat coreyi qulag dibine yemir hami da her seyi yaxsi gorurr..sadece zamana ehtiyac var..bilinecey kimin me ,mal,oldugunuu..

Sirzad Huseynov

Paşazadə hecdə Ramizdən geri qalmır bilmirsiniz

Beyali Ezizov

Bu casusluq şəbəkəsində olanları xalq artıq başa düşür.Bu agentura şəbəkəsi tam ifşa olunmayınca, Qarabağ məsələsindən də çətin və mühüm məsələ bizi gözləyir.

Surxay Bilaloğlu Aliyev

Alınmaz qalalar içəridən alınır deyiblər,bu da adı çəkilən siyasətin bir üzüdür.Rusiyanın Azərbaycandakı şəbəkəsinin yolunu kəsənlərin aradan götürülməsi.Bunun üçün yollar müxtəlifdi kimisini səssizcə qətlə yetirirmək, kimisini məhbəsə,kiminisə tutduğu düzgün yoldan çəkindirmək üçün vəzifədən kınarlaşdırmaq.Aslan müəllim görünür sizin üçün 3-cü yolu seçmişlər

Toshi PM Makarov

Indi real fəaliyyət göstərənlərdən danışmaq daha məntiqli olar, keçmişdə olanlardan danışmaq ikrah yaradır. Görüntü yaratmaq savadsız kütləni xoşbəxt eləməkdi. 1 dənədə real vəzifədə olan adamın adı ortaya atılmayıb

Babek Sadıqov

Bu qoca kafdar cox insanları Azərbaycanda pis gunə qoydu Allah bunun bəlasın versin.

Əfqan Əliyev

Mamır bağlasada xalqın pullarının hesabına hələdə cavan oğlan kimi qıpqirmizi və sağlamdı

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

John Doe 2 gün əvvəl

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

John Doe 6 gün əvvəl

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

John Doe 2 həftə əvvəl

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

John Doe 2 həftə əvvəl

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

John Doe 2 həftə əvvəl

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com