Şəhriyar Məmmədyaovla Rauf Məmmədovun final qarşılaşması sülhlə başlayıb
Gövhər Beydullayeva isə Günay Məmmədzadəni üstələyib
Dünən kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında final oyunlarına start verilib. Kişilərin yarışının finalında qarşılaşan Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun ilk görüşündə heç-heçə qeydə alınıb - 0,5:0,5.
Qadınların analoji yarısında isə Gövhər Beydullayeva Günay Məmmədzadə üzərində qələbə qazanıb.
Bu gün tərəflər arasında cavab oyunları keçiriləcək.
Dünən eyni zamanda üçüncü yer uğrunda güləşlərə də start verilib. Qadınların yarışında hazırkı Avropa çempionu Ülviyyə Fətəliyeva ilk oyunda Gülnar Məmmədovani məğlub edib - 1:0.
Kişilərin yarışında isə tərəflərdən biri sağlamlığında prob yarandığı üçün oyuna qatılmayıb. Söhbət Teymur Rəcəbovdan gedir. Onun rəqibi isə Misrətdin İsgəndərov olub.
Qeyd: Mükafat fondu 60 min manat olan kişilərin yarışında qalib adını qazanan şahmatçıya 20 min, qadınların 30 minlik mükafat fondu olan yarışının qalibinə isə 10 min manat mükafat veriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.