Klassiklərin yarışı başlayıb
Beş çəkidə ölkə çempionları müəyyənləşib
Xırdalandakı "Abşeron" Olimpiya İdman Kompleksində 20 yaşadək (U-20) gənclər arasında güləş üzrə keçirilən seçmə xarakterli Azərbaycan çempionatı davam edir. Çempionatın bu günə təsadüf edən üçüncü günü yunan-Romaçılar mübarizəyə qatılıblar. İlk olaraq çəkisi 55, 63, 72, 82 və 97 kq olan gənc pəhləvanlar xalça üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıblar. 55 kq-da Elvin İbadov (Sumqayıt, "Təhsil"), 63 kq-da Tural Əhmədov ("Spartak"), 72 kq çəkidə Seymur Qasımov (Qusar, "Neftçi"), 82 kq çəki dərəcəsində Cavidan Məhəmmədov ("Məhsul"), 97 kq-da isə Səid Paşayev ("Pəhləvan" İK, Sumqayıt, "Təhsili") bütün görüşlərini qələbə ilə başa vuraraq Azərbaycan çempionu adını qazanıb.
Sabah isə çəkisi 60, 67, 77, 87 və 130 kq olan klassiklərin yarısı ilə çempionata yekun vurulacaq.
Yeri gəlmişkən, çempionatın ilk iki günü isə sərbəst güləş üzrə yarışlar keçirilib və qaliblər müəyyənləşib.
Reqlamentinə görə, hər çəkidə ilk üç yeri tutan idmançılar ölkə yığmasina cəlb ediləcək və onlar təlim-məşq toplanışına (TMT) qatılacaqlar. Onların arasından isə ən güclülər sevilərək, ölkəmizi dünya və Avropa çempionatlarında, eləcə də nüfuzlu beynəlxalq turnirlərdə təmsil edəcəklər.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.