Rəcəbovu finala buraxmayan Məmmədov finalda Məmmədyarovla qarşılaşacaq
Bu gün kişi və qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatında yarımfinal oyunları başa çatıb və bununla da finalçılar müəyyənləşib. Kisilərin yarısında finala Şəhriyar Məmmədyarovla Rauf Məmmədov yüksəlib. Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva ilə Günay Məmmədzadə üzləşəcək.
Xatırladaq ki, Məmmədyarov finala çıxışda Misrətdin İsgəndərovu, Rauf Məmmədov işə Teymur Rəcəbovu üstələyib.
Qadınların finalçılarına gəlincə, Günay Məmmədzadə Gülnar Məmmədovanı, Gövhər Beydullayeva isə Ülviyyə Fətəliyevanı finaldan kənarda saxlayıb.
Yeri gəlmişkən, mükafat fondu 60 min manat təşkil edən kişilərin yarışında qalib adını qazanan 20 min, qadınların 30 min mukafatlıq yarışının qalibi isə 10 min manat qazanmış olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.