Hümbət Quliyev:
Cəhdsizlik
(esse)
Əvvəl tarixdə olmuş bir hadisə: 18-ci əsrdə Atlantik okeanında lövbər salmış bir gəmiyə qalxıb görürlər ki, gəmi heyətinin hamısı ölüb. Həkim araşdırması göstərib ki, insanlar susuzluqdan ölüb. Gəminin ətrafındakı suyun analizindən məlum olub ki, gəmi şirin suyun ortasında dayanıb. Məhz ordan okeana hardansa tökülən şirin sulu çayın axını keçirmiş. Gəmidə olan insanlardan biri cəhd edib, vedrə sallayıb suyun dadına baxsaydı, bütün heyət sağ qalardı.
Çox yaxın öz keçmişimizdən. Sovet dövründə " zavmaqlar" deyilən mağaza müdirləri vardı. Onlar sovetin maddi cəhətdən ən yaxşı təmin olunmuş insanları sayılırdı. İşləri də sadə idi, az tapılan malları "altdan" satıb qazanırdılar. Bazar iqtisadiyyatına keçid dövründə onlardan az bir hissəsi sahibkarlığa cəhd etdi, əksəriyyəti cəhd etməkdən çəkinərək qısa müddətdə müflisləşdilər. Belə misallar çoxdur. "Ağıllı düşünənə qədər dəli vurdu çayı keçdi", məsələmiz həmişə aktualdır. Ağıllı çaya baxır, oxuduğu elm ona deyir ki, çay burada dərindir, keçmək olmaz. Az savadlı bunu bilmir,basır keçir, məlum olur ki, çayın məhz bu yeri dayaz imiş…
Həyatımızın çox sahələrində uğursuzluğun səbəbi insanların cəhd etməkdən çəkinmələridir, daha doğrusu cəhd etçəkdən qorxmaqlarıdır.
Qəşəng xanımlar da elə sonda çox da "qəşəng" olmayan, lakin cəhd edən kişilərə qismət olur, elə o səbəbdən.
Bu yazımın da qayəsi odur ki, qorxmayın, cəhdlər edin, böyük ehtimalla gəminiz şirin suyun ortasında dayanıb. Sadəcə, cəhd edib vedrənizi sallayın.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.