Yunan-Roma güləşi üzrə yığma komandamız "Zaqreb Open"-də ikinci yeri tutub
5-9 fevral günlərində Xorvatiyanın paytaxtı Zaqrebdə kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən və Azərbaycan güləşçilərinin də iştirak etdiyi reytinq xarakterli "Zaqreb Open" beynəlxalq turnirə yunan-Romacilarin çıxışı ilə yekun vurulub. Azərbaycan yığması topladığı 134 xal və 6 (1-0-5) medal ilə komanda hesabında ikinci yeri tutub. Yiqmamiz burada yalnız İran (147 xal) komandasından geri qalıb. Turnirdə ilk üçlüyü isə Macarıstan (119 xal) komandası tamamlayıb.
Yığmamızın aktivinə yazılan medallara gəlincə, yeganə qızıl medal həlledici finalda iranlı rəqibi Mehdi Əhmədiyyəni (7:0) məqlub edən Elmir Əliyevin (55 kq) payına düşüb.
Bürünc medallar isə çıxışını üçüncü yerdə bitirən Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq), Murad Əhmədov (97 kq) və Sərxan Məmmədovun (130 kq) aktivinə yazılıb.
Klassiklərimiz arasında çıxış edən və yiqmanin lideri sayılan Eldəniz Əzizli (55 kq) bu yarışda ümidləri doğrultmayıb. 4 qat dünya və 2 qat Avropa çempionumuz elə startdaca uduzaraq turnirlə erkən vidalaşıb.
Yeri gəlmişkən, turnirin ilk günündə mübarizə aparan sərbəst güləş üzrə yığma komandamız isə 7 (1-3-3) medal və 229 xalla yalnız ABŞ (190 xal) və İrandan (182 xal) geri qalmaqla, ilk üçlüyü tamamlayıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.