Çempionlar Liqasının beşqat qalibi Marselo karyerasını başa vurdu
İspaniyanın "Real" futbol klubu ilə beşqat Çempionlar Liqasının qalibi, braziliyalı müdafiəçi Marselo peşəkar karyerasını bitirdiyini açıqlayıb.
O, bu barədə İnstaqram hesabında məlumat verib.
36 yaşlı Marselo 2007-2022-ci illərdə "Real Madrid"də çıxış edib və burada da altı qat İspaniya çempionu və iki dəfə İspaniya kubokunun qalibi olub. O, Real Madridin heyətində 546 oyun keçirib, 38 qol vurub və 103 məhsuldar ötürmə edib. 2014-cü ildə Marselo turnirin finalında İspaniyanın "Atletiko" klubuna (4:1) bir qol vuraraq, "Real Madrid"in 10-cu dəfə Çempionlar Liqasını qazanmasına kömək etdi.
Marselo futbolçu karyerası ərzində həm də məhsulu olduğu və 2023-cü ildə Libertadores Kubokunu qazandığı Yunanıstan "Olimpiakos" (2022-2023) və Braziliyanın "Fluminense" (2005-2006, 2023-2024) klublarında da oynayıb. Braziliya millisinin tərkibində 58 oyun keçirən Marselo 6 qol vurub və komanda ilə birlikdə 2013-cü il Konfederasiyalar Kubokunun qalibi olub. Braziliya Olimpiya komandası ilə müdafiəçi 2012-ci il London Olimpiadasında gümüş, 2008-ci ildə Pekin Oyunlarında isə bürünc medal qazanıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.