Üç güləşçimiz finalda, üçü isə bürünc uğrunda güləşəcək
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləşin hər üç növü üzrə ilin ilk reytinq xarakterli beynəlxalq turnirinə sərbəst güləşçilərin çıxışı ilə start verilib. İlk olaraq döşək üzərinə 6 güləşçimiz çıxıb ki, onlardan da üçü daha yaxşı güləşərək finala yüksəlib. Digər üçü isə bürünc medal uğrunda güləşmək imkanı qazanıb.
Finalçılardan İslam Bazarqanov (57 kq) həlledici finalda amerikalı Spenser Li ilə, Kənan Heybət (70 kq) iranlı Sina Xəliliylə, Arsen Cioyev (86 kq) isə ABŞ təmsilçisi Zahid Valensiya ilə üzləşəcək.
Üçüncü yer uğrunda güləşən təmsilçilərimizə gəlincə, Nurəddin Novruzov (61 kq) iranlı Reza Momenizadəylə, Əli Rəhimzadə (65 kq) gürcü Qoqa Otinasbili ilə, Aqanəzər Novruzov (74 kq) isə gürcüstanlı Giorqi Elbakidze ilə qurşaq tutacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.