"Real Madrid" Kriştiano Ronaldonu 40 yaşı münasibətilə təbrik edib
Fevralın 5-də əfsanəvi portuqaliyalı futbolçu Kriştiano Ronaldo əlamətdar tarixi - 40 yaşını qeyd edir.
Portuqaliyalının parlaq illərini keçirdiyi "Real Madrid" Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hazırkı hücumçusunu ürəkdən təbrik edib.
“Hörmətli Kriştiano, klubumuz adından sizi 40 yaşınız münasibətilə təbrik edirik. Bütün Madridlilər sizinlə və Real Madriddəki tarixi nailiyyətlərinizlə fəxr edirlər. Bu gündə ailəniz və sevdiklərinizlə xoş vaxt keçirməyinizi arzulayırıq”, - “qaymaqlı” komandanın rəsmi açıqlamasında deyilir.
Dövrümüzün ən yaxşı futbolçularından birinin karyerası çoxsaylı rekordlar və nüfuzlu mükafatlarla əlamətdardır.
Peşəkar karyerasının iyirmi ildən çoxunu keçən portuqaliyalı Lissabonun “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, “Real Madrid” və Turinin “Yuventus” klublarında parlayıb.
Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nasr” komandasının tərkibində yeni zirvələri fəth etməyə davam edir. Onun təsirli statistikasına 923 qol, o cümlədən klub səviyyəsində 788 və Portuqaliya millisi üçün 135 qol daxildir.
Təsirli kubok kolleksiyasına beş UEFA Çempionlar Liqası, üç İngiltərə Premyer Liqası, iki İspaniya və İtaliya çempionluğu, həmçinin Avro 2016-da qalibiyyət daxildir.
Portuqaliyalı virtuozun şəxsi mükafat kolleksiyasına beş Qızıl top və dörd Qızıl buts daxildir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.