"Abşeron"la "Azərreyl"in şərikli liderliyi davam edir
Qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca üçüncü olan növbəti turun oyunları keçirilib. Bakı Voleybol Mərkəzində baş tutan tura "Milli Aviasiya Akademiyası" - "Abşeron" oyunu ilə start verilib. Görüş ikincinin 2:3 (25:23, 25:23, 12:25, 16:25, 5:15) hesablı qələbəsi ilə başa çatıb.
Ardından "Murov Az Terminal" klubu "Gəncə"yə 0:3 (21:25, 22:25, 14:25) hesabla uduzub. Tura UNEC - "Azərreyl" oyunu ilə yekun vurulub. Bu oyunda isə "Azərreyl" rəqibinə aman verməyib - 0:3 (13:25, 13:25, 12:35).
Geridə qalan 3 turdan sonra hərəyə 8 xal toplayan "Abşeron" və "Azərreyl" yarış cədvəlinə şərikli liderlik edir.
"Gəncə" və "Murov Az Terminal" hərəyə 4 xalla 3-4-vu yeri bölüşür, MAA 2 xalla 5-ci, aktivində xalı olmayan UNEC isə sonuncu yerdədir.
Növbəti turun oyunları dekabrın 19-da olacaq.
İNTİQAM Məmmədov


.jpg)
.jpg)
.jpg)









03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.