Qadın voleybol millimiz AÇ-nın qrup mərhələsində son matçına çıxacaq
Avqustun 21-də Azərbaycan, Türkiyə, Çexiya və İsveçdə qadın voleybolçular arasında startı verilən 34-cü Avropa çempionatında (CEV Trendyol EuroVelloy 2026 Women) qrup oyunlarına bu gün 5-ci turun oyunları ilə yekun vurulacaq və bununla da qruplardan növbəti mərhələyə vəsiqə qazanan 4 ən yaxşı komanda müəyyənləşəcək.
Xəbər verdiyimiz kimi sözügedən çempionatın "C" qrupunun oyunları Bakıdakı Milli Gimnastika Arenasında keçirilir. Qrupda ev sahibi Azərbaycanla yanaşı, Belçika, Hollandiya, Rumıniya, İspaniya və Portuqaliya millisi mübarizəyə qatılıb.
Bu gün qrupda son turun daha iki oyunu keçiriləcək və oyunlara yekun vurulacaq. Son günün ilk oyununda İspaniya ilə Rumıniya qarşılaşacaq (saat 15:30). Oyun Rumıniya üçün çox əhəmiyyətlidir. Belə ki, rumınlar İspaniyanı ya 3:0, ya da 3:1 hesabla udacağları təqdirdə xalların sayını 6-ya çatdırmaqla qrup dördüncüsü olub pley-offa adlaya bilər. Əks təqdirdə isə mərhələ keçmək Portuqaliya millisinə nəsib olacaq.
Günün və qrupun son matçında isə Azərbaycanla Hollandiya (saat 18:30) qarşılaşacaq. Yeri gəlmişkən, Azərbaycan son turun nəticəsindən asılı olmayaraq artıq rupda ilk üçlüyü tamamlayaraq növbəti mərhələyə vəsiqəni özünə təmin edib. Belçika bütün oyunlarını qələbə ilə başa vuraraq maksimum xalla bütün rəqibləri üçün əlçatmaz olub. Hollandiya da son turun oyunundan asılı olaraq növbəti mərhələyə vəsiqə qazanıb. Bu gün keçiriləcək Azərbaycan - Hollandiya matçı ikinci sadəcə yerin taleyini həll edəcək.
Hazırda C qrupunda komandaların turnir vəziyyəti belədir:
O Q M Set X
Belçika 5 5 0 15:4 13
Hollandiya 4 3 1 1:5 9
Azərbaycan 4 3 1 9:6 8
Portuqaliya 5 2 3 7:12 5
Rumıniya 4 0 4 6:12 3
İspaniya 4 0 4 3:12 1.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.