29 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi

Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi

Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib

Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib

Əli Əsədovdan İranla bağlı mühüm QƏRAR

Əli Əsədovdan İranla bağlı mühüm QƏRAR

XİN-dən Moskvada Azərbaycan səfirliyinə qarşı təxribatla bağlı SƏRT AÇIQLAMA

XİN-dən Moskvada Azərbaycan səfirliyinə qarşı təxribatla bağlı SƏRT AÇIQLAMA

"Əhmədli"də sərnişin qatar yoluna düşdü

"Əhmədli"də sərnişin qatar yoluna düşdü

Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı

Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı

Bir gündə 50 nəfər saxlanılıb

Bir gündə 50 nəfər saxlanılıb

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
AZpress - ÖZƏL

“Babək 44” taborunun qorxubilməz əsgəri

2 il əvvəl 606 01

“Babək 44” taborunun qorxubilməz əsgəri

Şəhid Faiq Şükürovun xatirəsi anıldı – Masallıda

Şəhadətindən 30 il ötür

Aprelin 26-da, Masallı rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Faiq Şükürovun xatirəsi anıldı.

Şəhidin adını daşıyan Lürən kənd tam orta məktəbində keçirilən anım tədbirində şəhidin doğmaları, döyüş yoldaşları, rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, I və II Qarabağ müharibəsi iştirakçıları, kənd sakinləri, məktəbin kollektivi, ictimaiyyət və media nümayəndələri iştirak edirdi.

Əvvəlcə Dövlət himnimiz səsləndirildi, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Məktəbin müəllimi Gülnaz Talıbova şəhidin qısa və şərəfli ömür yolu barədə məlumat verdi.

Masallı RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon üzrə təhsil sektorunun məsləhətçisi Samit İslamov, şəhid ataları Bayram Əsgərov, Aqil Mikayılov, Hafiz Qurbanov, jurnalist-publisist Akif Ağayev, şəhidin səngər yoldaşları İsaq Bağırov, Səfərxan İsmayılov, Emil Şahbazov, şəhid Fayəddin Xancanovun qardaşı Rizvan Rzayev, məktəbin direktoru Farid Hüseynov, kənd sakini Tariyel Nurullayev şəhidin qəhrəmanlığından söz açıb, xatirələrini bölüşdülər.

Diqqətə çatdırıldı ki, Vətənə sonsuz sevgisi ilə yeni nəslə örnək olan Şaiqlə təkcə onun ailə üzvləri deyil, bütün xalq qürur duyur.

Bildirildi ki, Şükürov Faiq Xubalı oğlu 12 sentyabr 1973-cü ildə Masallı rayonunda, Lürən ərazisinin Pircana kəndində dünyaya göz açıb. 1988-ci ildə Lürən kənd səkkizillik məktəbini, 1991-ci ildə Masallı 37 nömrəli Texniki-Peşə Məktəbini və sürücülük kursunu bitirib. Məktəb illərindən idmanın karate növü ilə məşğul olub. 1991-ci ilin payızında ordu sıralarına yollanıb. Bakı və Gəncə şəhərlərində, Tərtər və Beyləqan rayonlarındakı “N” saylı hərbi hissələrdə xidmət edib. 1992-ci ilin mart ayından Vətənin müdafiəsi uğrunda döyüşlərə qatılıb. Tərtər-Goranboy cəbhəsinin müdafiəsində, Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə, Ağdərə-Başkənd və digər əməliyyatlarda şücaəti, igidliyi ilə fərqlənib. Horadiz stansiyasının azad edilməsi zamanı ağır yaralanan Faiq müalicə aldıqdan sonra yenidən səngərə qayıdıb.

“Babək – 44” taborunun ilk komandiri, ehtiyatda olan polkovnik Elxan Qəniyev və əsgərlərdən Samid Dadaşov, Faiq Mirzəyev, Aşur İmanov, Rəşid Dadaşov, Ramiz Aslanov, Abuzər Gülməmmədov Faiqi cəsur, fədakar döyüşçü kimi xatırlayırlar. Ən şiddətli döyüşlər zamanı düşmən atəşinə məhəl qoymayan qorxubilməz pulemyotçu əsgərimiz həmişə öndə olmağa, düşmən üzərinə şığımağa can atıb. Eyni zamanda bacarıqlı sürücü kimi idarə etdiyi yük maşını ilə ən təhlükəli yerlərdən belə döyüşçülərimizə silah-sursat, ərzaq ehtiyatı daşımaqdan çəkinməyib.

1994-cü il aprelin 26-da Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda, “Şişqaya” istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Doğulduğu ünvanda torpağa tapşırılıb...

Tədbir zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.

Şəhidin qardaşları Mübariz və Fariz Şükürovlar ailəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eləcə də tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.

Şəhidin məzarı ziyarət edildi, önünə gül dəstələri düzülərək ruhuna dualar oxundu.

Sonra Faiqin vətənpərvər ruhda böyüdüyü ocağa, Şükürovlar ailəsinə baş çəkdik.  Şəhid anası ilə görüş hər birimizin könlünə sevgi kimi axdı. Qəhrəman övladı barədə qürurla danışan 77 yaşlı Cahan ananı dinlədikcə, bunun mahiyyətində mənəvi kamilliyin, azərbaycançılığın olduğunu bir daha qət etdik: “Şükürlər olsun ki, nakam balamın uğrunda şəhid olduğu torpaqlarımızı 30 ildən sonra azad görmək nəsibimiz oldu. Faiqimin qanı yerdə qalmadı. Fəxr edirəm ki, oğlumun adı heç vaxt unudulmayacaq...”   ”

Akif AĞAYEV

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Qadın voleybol millimiz AÇ-nın qrup mərhələsində son matçına çıxacaq

Qadın voleybol millimiz AÇ-nın qrup mərhələsində son matçına çıxacaq

John Doe 16 saat əvvəl

Azərbaycanın U-17 komandası DB-ni 8 medalla birinci pillədə bitirib

Azərbaycanın U-17 komandası DB-ni 8 medalla birinci pillədə bitirib

John Doe 16 saat əvvəl

"Ulduz Cup"un qalibi "Drukarz" FK olub

"Ulduz Cup"un qalibi "Drukarz" FK olub

John Doe 16 saat əvvəl

Cüdoçularımız "Böyük Dəbilqə" turnirinə qatılacaqlar

Cüdoçularımız "Böyük Dəbilqə" turnirinə qatılacaqlar

John Doe 1 gün əvvəl

Qadın voleybol millimiz AÇ-da büdrəyib

Qadın voleybol millimiz AÇ-da büdrəyib

John Doe 1 gün əvvəl

"Qarabağ" evdə "Tvente"ni qəbul edəcək

"Qarabağ" evdə "Tvente"ni qəbul edəcək

John Doe 1 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Əli Əsədovdan İranla bağlı mühüm QƏRAR

Əli Əsədovdan İranla bağlı mühüm QƏRAR

28 avqust 2026 15:42:02
• Prezident “Sabah”a 5 milyon ayırdı }

Prezident “Sabah”a 5 milyon ayırdı

27 avqust 2026 15:58:03
• Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib +FOTO=4}

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası isti...

27 avqust 2026 15:50:39
• Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib +FOTO=16}

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında işti...

27 avqust 2026 14:52:55
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com