Cüdoçularımız "Böyük Dəbilqə" turnirinə qatılacaqlar
28-30 avqust günlərində İsveçrənin Lozanna şəhərində qadın və kişi cüdoçular arasında "Böyük Dəbilqə" turniri keçiriləcək. ACF-dən verilən məlumata görə, üç gün davam edəcək bu turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 (10 kişi və 4 qadın) tatami ustası ilə təmsil olunacaq. Baş məşqçisi Amina Abdellaitf olan qadın yığmamızın heyətində Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) yer alıb.
Baş məşqçi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında sözügedən turnirə qatılacaq kişi komandamızin heyətində isə Əhməd Yusifov (60 kq), Tural Bayramov, Ruslan Paşayev (hər ikisi 66 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Kənan Nəsibov və Uşanqi Kokuari (hər ikisi+100 kq) cəmləşib.
Ümumilikdə isə turnirdə 78 ölkəni təmsil edən 518 (309 kişi, 29 adın) cüdoçu medallar uğrunda yarışacaq.
Yeri gəlmişkən, turnir Los-Anceles - 2028 Yay Olimpiya Oyunlarına lisenziya xalı verir. İlk üç yerin sahibi müvafiq olaraq 1000, 750 və 500 reytinq xalı qazanmış olacaq.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.