05 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İran Baş Qərargahı Türkiyəyə raket hücumu ilə bağlı açıqlama verdi

İran Baş Qərargahı Türkiyəyə raket hücumu ilə bağlı açıqlama verdi

Pezeşkian: Xameneinin öldürülməsi şiələrə qarşı müharibə elanıdır

Pezeşkian: Xameneinin öldürülməsi şiələrə qarşı müharibə elanıdır

İrandan Azərbaycana 1161 nəfər təxliyə edilib

İrandan Azərbaycana 1161 nəfər təxliyə edilib

İran prezidenti ölkəyə hücumlardan sonra Körfəz ölkələrinə müraciət edib

İran prezidenti ölkəyə hücumlardan sonra Körfəz ölkələrinə müraciət edib

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
AZpress - ÖZƏL

“Ana, mənə az ağla”

1 il əvvəl 1025 01

“Ana, mənə az ağla”

Müharibədən, onun od-alovundan, dəhşətli üzündən danışmaq nə qədər ağrılıdırsa, gözünü qırpmadan azadlıqları naminə ölümlə çarpışan və sonda Vətən boyda sevgilərilə ölümə qalib gələn nakam taleli gənclərin, qorxubilməz oğullarımızın ömür yoluna nəzər salmaq, gələcək nəslə örnək gətirmək qürurvericidir. Fitnəkar düşmənə qarşı son damla qanınadək rəşadətlə vuruşaraq torpaqlarımızı bütövləşdirən vüqarlı Azərbaycan övladlarının, Mikayıl kimi cəsur döyüşçülərimizin qəhrəmanlığından bəhs etmək fəxarətdir.

Həmidli Mikayıl Vüqar oğlu 28 dekabr 1998-ci ildə Masallı şəhərində anadan olub.

Sonradan ailəsi ilə birgə Bakı şəhərinə köçüblər. 2017-ci ildə Binəqədi rayonundakı şəhid Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbi bitirib.

Həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Goranboy rayonundakı “N” saylı hərbi hissədə xidmətə başlayıb.

2020-2022-ci illərd xidmətini Quru Qoşunları tərkibində MAXE (müddətdən artıq xidmət edən hərbi qulluqçusu), 2022-ci il fevralın 3-dən isə kiçik leytenant kimi davam etdirib.

44 günlük Vətən müharibəsi zamanı Tərtər rayonunun Talışkənd, Suqovuşan qəsəbəsi istiqamətindəki döyüşlərdə iki dəfə ağır zədə alsa da azğın düşmənə qarşı sonacan vuruşub. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalına layiq görülüb.

Döyüş yoldaşlarının “Dəmir adam” deyə çağırdıqları cəsur komandir Mikayıl Həmidli 12-14 sentyabr 2022-ci il tarixində Kəlbəcər istiqamətindəki döyüşlərdə, Cermux əməliyyatında xüsusi fədakarlıq göstərib. Respublika Prezidenti adından Müdafiə Nazirinin müvafiq əmrinə əsasən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən lokal antiterror əməliyyatına taqım komandiri kimi qatılan Mikayıl Həmidli sentyabrın 19-da, Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Bakı şəhərindəki İkinci Fəxri xiyabanda dəfn edilib.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunub.

Evli idi, bir oğlu yadigar qalıb.

Övladının əmanəti körpə Davudu göz yaşları içində öpərək Mikayılın qoxusunu almağa çalışan şəhid anası Lalə xanım ötən günləri belə xatırlayır: “Ailədə bir qardaş, bir bacı olublar. Mikayıl böyük övladım idi. Həmişə sultanım, başımın tacı deyə mənə müraciət edərdi. Deyərdi ki, canım ana, nigaran qalma, hər şey yaxşı olacaq.

2023-cü il mart ayının 23-də “Zirvə” şadlıq sarayında toyunu etdik. Hardan biləydik ki, altı ay sonra ən müqəddəs zirvəni fəth edəcək...

Kəlbəcər rayonunu düşmən tapdağından azad etdikdən sonra qonşumuz, kəlbəcərli Cəmilə xanıma zəng edərək onu təbrik etməyi də unutmamışdı.

Bilirdik ki, seçdiyi peşə çətindir. Elə olurdu ki, uzun müddət onunla əlaqə saxlaya bilmirdik. Bir dəfə yeddi ay nə üzünü gördük, nə də əməlli-başlı səsini eşitdik. İsmarıç yollayardı ki, vaxt yoxdur.

Son döyüş qabağı bizi arxayın etdi ki, ana, kim nə deyirsə, yalan deyir, burda tam sakitçilikdir, narahat olmağa dəyməz. Amma atasına söyləyib ki, sənin nömrəni dostlarıma vermişəm. Sonradan anladıq ki, nə demək istəyirmiş.

Sentyabr ayında ona yazdıq ki, gələn ay övladın dünyaya gələcək. Çalış həmin ərəfədə evdə ol. Cavabında “İnşəallah” yazaraq bizi əmin etdi. Amma vədinə xilaf çıxdı...”

3 dost, 3 zabit, 3 şəhid

Təxris olunmuş əsgər Hacıbaba Əlizadə: “44 günlük Vətən müharibəsi dövründə manqa komandirim olub. Suqovuşan istiqamətindəki əməliyyat zamanı ağır zədə alsa da bizdən ayrılmadı, döyüşlərə davam etdi. Sonradan təkrarən yanımıza düşən mərmidən zədə aldı. Lakin bütün bu çətinliklər ürəkli, qorxmaz döyüşçünü öz yolundan döndərmədi...”

Baş leytenant Ədalət Novruzov: “Antiterror əməliyyatında separatçılara qarşı birgə döyüşmüşük – o, taqım, mən isə bölük komandiri kimi. Düşmənin uzunmüddətli və səhra tipli istehkamlarını dağıdaraq mövqelərə sahibləndik. İki istiqamətdə irəliləyərək sığınacaqlarda gizlənmiş terrorçuların yarısını məhv, yarısını da qaçmağa məcbur etdik.

Əfsuslar olsun ki, bu döyüşdə üç igid zabitimizi, “Komando” mənsubları  – Mikayıl Həmidli, İsmayıl İsayev və Tapdıq Bayramovu itirdik. Onu da nəzərə çatdırım ki, hamıdan fərdi və döyüşkən cəhətləri ilə fərqlənən hər üç şəhidimiz bir-birilə qardaş kimi, Mikayılla İsmayıl eyni zamanda həmyerli idilər.

Təsəlli tapırıq ki, onların qisasını almağa müvəffəq olduq. Düşmənləri torpaqlarımızdan qovaraq ərazilərimizi işğaldan azad etdik.”

Leytenant Subhan Qurbanzadə: “Əslən Lənkəranın Girdəni kəndindən olan Mikayılla həmyerli olsam da tanışlığımız 2020-ci ildən, Təlim-Tədris Mərkəzində gizir hazırlığı kursundan başlayıb. Ayrı-ayrı hərbi hissələrdə xidmət etsək də təlimlər zamanı, məzuniyyət və digər əlamətdar günlərdə görüşərdik. Söhbətlərində Vətənə, ailəyə, ata-anaya məhəbbəti daha qabarıq idi. Məni toyuna da dəvət etmişdi. Lakin təlimdə olduğumdan iştirak edə bilmədim. Zəng edərək təbriklərimi çatdırdım.”

Ürəyini ovutmaq üçün öpüb şəkillərini oxşayır, ətrini, qoxusunu paltarlarından alır, yuxularında balalarına qovuşur şəhid anaları... Məğrur və qürurlu şəhid anaları... Vüqarlı Azərbaycan qadını...

Şəhid övladı haqqında danışdıqca, sanki qəlbini boşaldır, təskinlik tapırdı Lalə ana: “Onun adını mənə yuxuda deyiblər. Bildiyimiz kimi, Mikayıl Allahın dörd böyük mələyindən biridir. Elə mənim balam da mələk kimiydi. 25 illik yaşamı boyunca bircə dəfə olsun belə səhv addım atmadı. Nə kənarda, nə də bizə qarşı.

Bir dəfə yuxuda gördüm ki, televizorda şəhidlərin şəkillərini göstərirlər. Mikayıl da əyləşib mənimlə birgə izləyir. Birdən dedi ki, ay ana, bəs məni niyə göstərmirlər..?

Mənim yox, qohumların yuxusuna tez-tez girir. Soruşur ki, anam, niyə ağlayır?”

Ana, mənə az ağla!

Qışı çıxar yaz ağla!

Mənim məzar daşıma

“Bəxtsiz balam” yaz, ağla!

Ana, yerim cənnətdir,

Nə tale, nə qismətdir.

Balama yaxşı baxın,

O, məndən əmanətdir.

Akif AĞAYEV,

mart, 2024

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Cüdoçularımız Avstriya Qran-Prisində

Cüdoçularımız Avstriya Qran-Prisində

John Doe 15 saat əvvəl

Tələbələr arasında badminton yarısı keçirilib

Tələbələr arasında badminton yarısı keçirilib

John Doe 15 saat əvvəl

ABŞ Futbol Federasiyası İran milli komandasının 2026-cı il dünya çempionatında iştirakını dəstəkləyib

ABŞ Futbol Federasiyası İran milli komandasının 2026-cı il dünya çempionatında iştirakını dəstəkləyib

John Doe 1 gün əvvəl

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Qadınlar Günü qeyd edildi

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Qadınlar Günü qeyd edildi

John Doe 1 gün əvvəl

Müasir İncəsənət Mərkəzi Qalereyasında “Palitramda Açan Güllər” rəsm sərgisi baş tutdu +FOTO=21

Müasir İncəsənət Mərkəzi Qalereyasında “Palitramda Açan Güllər” rəsm sərgisi baş tutdu +FOTO=21

John Doe 2 gün əvvəl

Kişi basketbol millimiz evdə Şimali Makedoniyaya uduzub

Kişi basketbol millimiz evdə Şimali Makedoniyaya uduzub

John Doe 2 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com