Ağcabədidə muğam gecəsi keçirildi +FOTO=23
Avqustun 26-da Ağcabədi rayonunda “Şəhərsalma və Memarlıq İli çərçivəsində “26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” münasibətilə muğam gecəsi keçirilib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan Qarabağ Muğam Mərkəzinin yay zalında baş tutan tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Qarabağ Regional Mədəniyyət idarəsinin rəhbərliyi və kollektivləri, şəhid ailələri, rayon ictimaiyyəti, həmçinin muğam-musiqisevərlər iştirak ediblər.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftalıyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrundan şəhidlik zirvəsinə ucalmış Vətən qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tural Niftalıyev Azərbaycan muğamının dünya musiqinin incisi olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, muğamımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı, ölkənin I Vitse Prezidenti Mehriban Əliyevanın daimi qayğısı ilə əhatə olunub. Məhz Mehriban Əliyevanın diqqəti nəticəsində milli musiqimiz olan muğamımız YENESKO səviyyəsinə qaldırılıb, muğamımıza layiq olduğu beynəlxaq status verilib. O da diqqətə çatdırılıb ki, doğma Ağcabədi də muğam dünyamıza görkəmli simalar bəxş etməklə yanaşı bu gün də bu ənənəni davam etdirir. Hal-hazırda da rayonumuzda bu sahədə inkişaf edən, bu irsi uğurla davam etdirən xanəndələr və istedadlı gənc musiqiçilər də az deyil. Milli musiqimizi tədris edən Qarabağ Muğam Mərkəzinin də missiyası belə gənclərlə işləmək, onları peşəkar xanəndə kimi yetişdirməkdir.
Bundan sonra tamaşaçılara mərkəzin müəllim və şagirdlərinin təqdimatında muğamlarımız, təsniflərimiz, xalq mahnılarımız təqdim olunub. İfalar onu dinləyənlər tərəfindən alqışlarla qarşılanıb.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.