24 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Paşinyan Türkiyə bayrağının yandırılmasını pisləyib

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Putin ABŞ-də keçiriləcək G20 sammitinə dəvət olunub

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
AZpress - ÖZƏL

Düşmən çəpəri, yurd sipəri

2 il əvvəl 1091 01

Düşmən çəpəri, yurd sipəri

Qısa tanıtım: Sahil Sarıbala oğlu Babayev 21 mart 1992-ci ildə Masallı rayonunun Ərəb kəndində müəllim ailəsində anadan olub. Orta təhsilini şəhid Müqəddəs Hacıyev adına Ərəb kənd ümumi, şəhid Zeynal Zeynalov adına Hacıtəpə kənd tam orta məktəblərində (1999-2009) alıb.

2010-cu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2014-cü ildən DİN-nin Daxili Qoşunlarında MAXE (müddətdən artıq xidmət edən hərbi qulluqçusu) kimi Gəncədə yerləşən “N” saylı hərbi hissədə xidmət edib.

Hərbi qulluqçumuz Sahil Babayev 2023-cü il Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarında uğurla iştirak edib. Sentyabrın 20-nə keçən gecə Kəlbəcər-Ağdərə istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Anadan olduğu kənd qəbiristanlığında dəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ailəli idi. 2 oğlu, 1 qızı yadigar qalıb.

Şəhid ailəsi ilə görüş zaman qürurlu gördüm Sarıbala atanı, Nərminə ananı, Sahilin Vətənə üç əmanətini böyüdən Nərmin xanımı. Bu məğrur duruşa heyrət edirəm. Çünki, bu dözüm, bu dəyanət də qəhrəmanlıqdır.

Divardan asılmış şəkillərini nəzərdən keçirdikcə vüqarlı, boylu-buxunlu bir igidin əzəməti önündə baş əyirəm.

Deyirlər, dərd adamı danışdırır, bölüşdükcə azalır. Hiss edirəm ki, ürəyi sözlə doludur şəhid atasının.

32 ildir ki, kənd məktəbində riyaziyyat müəllimi kimi çalışan Sarıbala Babayev qəhrəman övladının həyat hekayətini danışmağa başlayır: “Bir yaşından atasız böyümüşəm. Çox əziyyət çəkmişəm. Sahilin də əziyyət çəkməyindən ehtiyat edirdim. Daha doğrusu, onu itirməkdən qorxurdum. Çünki Sahil mənə atasızlığı unutdurmuşdu. Hər işi onunla məsləhətləşərdim. O, da həmçinin. Hətta 3 övlad atası olandan sonra da bir yerə gedəndə zəng edib razılıq alardı. Heç vaxt məni incitməyib. Zəhmətkeş olub. Allaha şükür, dolanışığımız da pis deyildi. Həm məktəbdə işləyir, həm də kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olurdum. Gözümün ağı-qarası bir oğlum vardı. Etiraf edim ki, ona digər işlər də təklif edildi. Masallı şəhərində onunçün ev də tikmişdik. İstəyirdim ki, gəlib burda polis işçisi kimi çalışsın. O, isə qəlbən bağlandığı peşəyə üstünlük verdi. 10 il qüsursuz xidmət etdi...

Hər dəfə evə gələndə Vətən müharibəsi zamanı şəhid olan silahdaşlarının – lerikli Zahir Əliyevin, biləsuvarlı Asif Talıblının və digərlərinin məzarını ziyarət edərdi. Deyərdi ki, bu cür igidlər itirmişik. Onların da qısasını almalıyıq...

21 mart bizimçün ikiqat bayram olardı. Hər il bu tarixdə onlara gedər, ad gününü və Novruz bayramını birlikdə keçirərdik. Keçən ilin avqustunda məzuniyyətə gəlməliydi, dekabr ayına təxirə salındı. Sonra isə...

Hərbçi yoldaşlarının dediyinə görə Sahil antiterror əməliyyatları zamanı iki dəfə döyüşlərdə iştirak edib. Son döyüş meydanı dağlıq ərazi olub. Düşmən yüksəklikdən Sahilgilin maşın karvanını atəşə tutub. Gərgin döyüş bir neçə saat davam edib. Şəhid və yaralılarımız olsa da igidlərimiz separatçılara sonacan aman verməyiblər. Yaralı dostuna kömək etməkdən ötrü yerini dəyişən Sahil düşmən gülləsinə tuş gələrək şəhid olub. Bu döyüşdə yaralanan polkovnik-leytenant Rəşad Hüseynov isə bir gün sonra şəhidlik zirvəsinə ucalıb.

Təsəlli tapıram ki, Sahilimin 3 övladı – Samir (8 yaş), Elçin (6 yaş) və Milay (4 yaş) Vətənə yadigar qalıb.”

Sevindim ki, ermənilər ağ bayraq qaldırıblar

Şəhid atası: “Məktəbdə idim. Eşitdim ki, erməni separatçıları ağ bayraq qaldırıblar. İkigünlük narahatçılığım səngiməyə başladı. Allaha həmd-sənalar edib, bir az toxtadım. Öncədən özümə təsəlli verirdim ki, onsuz da Sahilgilin bölməsi ərazilərimiz azad olunduqdan sonra mövqe qurub asayişi bərpa edirlər. Həmin gün, yəni sentaybrın 20-də qonşu Xırmandalı kəndindən olan baş leytenant Şəmistan Yusiflinin şəhid olması barədə xəbər yayılmışdı, dəfn mərasiminə hazırlıq görülürdü.

Dostları ilə əlaqə saxlasaq da Sahildən xəbər-ətər yox idi. Sonradan öyrəndik ki, yaralıdır. Emil adlı döyüşçü yoldaşına zəng edəndə o, cavab verməkdə çətinlik çəkdi. Hiss etdim ki, ağlayır... ”

Sehirli “21” rəqəmi

Sarıbala müəllim deyir ki, “21” rəqəmi bizimçün doğmalaşmışdı. Mənim toyum 21 iyulda, qızlarımın da toyu ayın 21-də olmuşdu. Sahilin ad günu 21 mart, toy günü 21 avqust idi. Dörd il öncə onunçün tikdiyimiz evin təməli martın 21-də qoyulmuşdu. Şəhid övladımın dəfn günü də sentyabrın 21-nə təsadüf etdi. Nə qədər ağır olsa da “21” rəqəmi bizimçün müqəddəsləşdi.

8 yaşlı Samir: “Atam deyirdi ki, mən olmayanda evin kişisi sənsən”

Şəhidin anası Nərminə xanım: “Ailəmizin ilki, iki bacının yeganə qardaşı idi. Uşaqlıqdan sakit təbiətli Sahil nəinki bizim, bütün qohum-əqrəbanın, onu tanıyan hər kəsin sevimlisinə çevrilmişdi. Arzuları çox idi.

Sentyabrın 19-da, döyüş öncəsi bizimlə danışdı, sonra telefonu susdu...

Deyirlər, şəhidlər ölmür, onlar diridirlər. Bir gün öz-özümdə dedim ki, əgər belədirsə, qoy onda Sahilim heç olmasa bir dəfə yuxuma girib desin ki, ana, mən ölməmişəm, sağam. Elə həmin gecə yuxumda gördüm ki, oğlum gəlib evimizdədir. Dedi ki, ana, niyə o sözü dilinə gətirmisən, məgər bilmirsən ki, mən ölməmişəm? Heç vaxt ağlama. Hər dəfə sən Allaha dua edəndə məni də çağırıb deyirlər ki, get, anan səni istəyir.”

Həyat yoldaşı Nərmin: “Böyük istəklə ailə qurmuşduq. İşi ilə əlaqədar Gəncədə kirayədə qalırdıq. Xoşbəxt yaşayırdıq. Həmişə qayğımıza qalar, uşaqlardan ötrü nigaran olardı. Vətən müharibəsindən sonra günlərinin çoxu Şuşada, Laçında keçərdi. Ona görə də son zamanlar asudə vaxtı az olardı. Hər döyüşdən qayıdanda deyərdi ki, bizi Allah qoruyur. Həmişəkindən fərqli olaraq sonuncu dəfə ayrılanda bizdən halallıq istədi. Sanki ürəyinə dammışdı. Dedi ki, uşaqlara yaxşı baxarsan, sənə çox güvənirəm, gözüm arxada qalmayacaq: “Samir, Elçin böyüyüb sənə arxa-dayaq olacaq. Təkcə Milaydan ötrü narahat olacağam. Əgər mənimlə əlaqə qura bilməsəniz, arxa cəbhədəki dostlarıma zəng edərsiniz...” Döyüş yoldaşlarına da söyləyib ki, şəhid olsam gedib qızımı qucaqlayıb, öpərsiniz. Deyərsiniz ki, atan həmişə sənin yanındadır...”

Dostu, Afiq İbadullazdə (MAXE): “Eyni kənddən olduğumuzdan uşaqlığımız, məktəb illərimiz bir keçib. Sonradan tale elə gətirdi ki, bir yerdə çalışmalı olduq. Səkkiz il çiyin-çiyinə Vətənə xidmət etmişik. Millətini, dövlətini, bayrağını sevən hərbçi idi. Qardaş kimiydik. Çətinliklərimizi birlikdə məsləhətləşib həll edərdik. Ömrü kimi arzuları da yarımçıq qaldı. Amma Sahil şəhadəti ilə sübuta yetirdi ki, Vətən sevgisi hər şeydən əzizdir.”

Müddətdən artıq xidmət edən hərbi qulluqçu Musa Əmiraslanov: “Onun haqqında saatlarla danışsan yenə az olar.  Həmyerli olsaq da tanışlığımız işlədiyimiz dövrdən başlayıb. Ünsiyyətcil, canıyanan, şən, dostluqda sədaqətli, sözü açıq deməyi bacaran oğul idi. Ailəlikcə bir-birimizin evinə get-gəlimiz olub. Uşaqlarının kirvəsiyəm.

Antiterror əməliyyatlarında Ağdərənin Vəng kəndi istiqamətindəki döyüşlərdə birgə idik. Səhərə yaxın saatlardı. Arxa yolla, çətin dağ relyefli ərazilərlə irəliləyirdik. Gecədən yağan yağış yolu palçıq etmışdi. Bir tərəf sıldırım qayalar, bir tərəf çay...

Yüksəklikdə mövqe tutan separatçılarla ağır döyüşlər zamanı fədakar eloğlumuz Sahil Babayev qəhrəmancasına şəhid oldu...”

İftixarla anırıq

Adını hər birimiz.

Şəhid tək uyuduğun

Bu torpaq and yerimiz.

Akif AĞAYEV,

mart, 2024.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

18 yaşlı Günay Qurbanova böyüklər arasında Avropa üçüncüsü olub

18 yaşlı Günay Qurbanova böyüklər arasında Avropa üçüncüsü olub

John Doe 11 saat əvvəl

Azərbaycan Berlində keçiriləcək Avropa Kubokuna 39 cüdoçu göndərəcək

Azərbaycan Berlində keçiriləcək Avropa Kubokuna 39 cüdoçu göndərəcək

John Doe 11 saat əvvəl

"Çelsi"yə Səudiyyə Ərəbistanı liqasından mütəxəssis rəhbərlik edə bilər

"Çelsi"yə Səudiyyə Ərəbistanı liqasından mütəxəssis rəhbərlik edə bilər

John Doe 12 saat əvvəl

Üç qadın güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq

Üç qadın güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq

John Doe 14 saat əvvəl

Boksçumuz Nəbi İsgəndərov DK-da ikinci qələbəsini qazanıb

Boksçumuz Nəbi İsgəndərov DK-da ikinci qələbəsini qazanıb

John Doe 16 saat əvvəl

"Sözün təcəllisi" adlı ərəb xəttatlıq sərgisi keçirildi

"Sözün təcəllisi" adlı ərəb xəttatlıq sərgisi keçirildi

John Doe 22 saat əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu

İlham Əliyev və Latviya Respublikasının...

24 aprel 2026 10:27:47
• Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub}

Azərbaycan BMT-nin Mediasiya Konvensiyasına qoşulub

23 aprel 2026 22:45:27
• İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib}

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimi...

17 aprel 2026 22:08:42
• İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb}

İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakista...

17 aprel 2026 17:33:01
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com