21 aprel 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Orban Macarıstanın xarici işlər naziri təyin edildi

Orban Macarıstanın xarici işlər naziri təyin edildi

Tramp İran rəhbərliyi ilə görüşməyə hazır olduğunu açıqladı

Tramp İran rəhbərliyi ilə görüşməyə hazır olduğunu açıqladı

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib

Tramp İsrailə qarşı sərt qadağalar tətbiq etdi

Tramp İsrailə qarşı sərt qadağalar tətbiq etdi

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Şirvanda restoranda zəhərlənən altı nəfər xəstəxanaya yerləşdirilib

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Narkotik araşdırmalarında hədəfə alınan yeni məşhurlar dalğası

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

Elnarə Abdullayeva polis bölməsindədir: nə baş verir?

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Əli NƏCƏFXANLI: Yesenini ovsunlamış xanəndə

2 həftə əvvəl 126 01

Əli NƏCƏFXANLI:

Yesenini ovsunlamış xanəndə

Cabbar Qaryağdıoğlu – 165

Biz onu ilk dəfə məşhur “Neft və milyonlar səltənətində” filmində (1916-cı il) toy və kazinoda çəkilmiş şənlik epizodlarında görmüşük. Tarzən Qurban Pirimov və kamança ifaçısı Məşədi Qulu ilə birgə Cabbar Qaryağdıoğlunun ifası səssiz olsa da, kadrlar tarixilik baxımından önəmlidir. Daha sonra Üzeyir Hacıbəyli haqqında çəkilmiş “Uzun ömrün akkordları” filmində (1981-ci il) onun obrazına Qədir Rüstəmovun ifasında rast gəlmişik. Bugünə qədər qalıb yaşayan isə ölməz səsidir.

Cabbar Qaryağdıoğlu 1861-ci ildə musiqi beşiyi Şuşada anadan olub. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Sənətini Cabbara da öyrətmək istəyirdi. Lakin Cabbarı gözəl səsi, anadangəlmə istedadı onu xanəndəliyə yönəldirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. O ətrafda tay-tuşları ilə quzu otaranda  saatlarla “Dəlikdaş”ın üstündə oturub zümzümə edirdi. Sonralar bu zümzümələr böyük xanəndənin yetişməsinə səbəb oldu.

Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın  musiqi xəzinəsinin dəyərli inciləridir. Adı dünya vokal sənətinin görkəmli nümayəndələri ilə yanaşı çəkilir.
Gənc istedad ilk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində alıb. Müəllimi Mirzəli Zeynalabdin oğlundan musiqi elmini və fars dilini öyrənib. 16 yaşında ilk dəfə müəllimi ilə getdiyi toyda tarzən Cavadbəyin müşayiəti ilə “Kürdü-Şahnaz” oxuyub və hər kəsi  məftun edib. Qoca xanəndə Hacı Hüsü onun alnından öpərək, “Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaq”, –  deyib.

Həmin “möcüzə”dən sonra məşhur tarzən Sadıqcan Cabbarı özünün sazəndələr dəstəsinə qəbul edib. Cabbar bu dəstə ilə Şuşada “Xandəmirovun teatr salonu”nda təşkil olunan xeyriyyə gecəsində “Heyratı” ilə əsl heyrət doğurub. 1901-ci ilin yayında Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında Şuşada təşkil edilmiş ilk Azərbaycan Şərq konsertində isə Cabbar Qaryağdıoğlu klassik şairlərin qəzəllərini dalğa-dalğa ucaltmaqla xanəndəlik sənətində yeni bir mərhələ açıb. Güclü dramatik-tenor səsi olan Cabbar xüsusilə “Segah”ı yanıqlı tərzdə, qeyri-adi zəngulələrlə oxuyaraq həzinləşdirirdi.

Sonra Bakıda iştirak etdiyi ilk Şərq konsertində “Mahur” oxuyan Cabbar bütün Qafqazda məşhurlaşıb. Mütəxəssislərin fikrincə, sonralar da “Mahur”u Cabbar Qaryağdıoğlu kimi misilsiz məharətlə oxuyan 2-ci bir xanəndə olmayıb. Hətta   Xan Şuşinski deyib: “Mahur” Cabbar ilə getdi”.

Onun “Bayatı Qacar”ı, “Ovşarı”sı da ayrı bir aləm olub. İranda, Türkiyədə, Polşada səsi ilə konsert salonlarını lərzəyə salıb. Bəzən böyük məclislərdə 4 saata qədər oxuyub. O, klassik ədəbiyyatı gözəl bilir, bu barədə söz düşəndə deyirdi ki, əruz vəznini bilməyəndən xanəndə olmaz.

Qeyd edək ki, ötən əsrin əvvəllərinədək Azərbaycan xanəndələri muğamı yalnız fars dilində yazılmış şeirlərlə ifa edirdilər. Bu ənənəni məhz Cabbar Qaryağdıoğlu pozub. Ondan başlayaraq, muğamların Azərbaycan dilində ifası bütün Güney Qafqazda ənənəyə çevrilib.
Səs mogikanlarımız Seyid və Xan Şuşinskilər, Bülbül, Zülfi Adıgözəlov, Davud Səfiyarov, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov Cabbar əminin yetirmələri olmaları ilə həmişə fəxr ediblər.

....Ünlü xanəndə və gənc şair Əliağa Vahid 1925-ci ildə Bakının Mərdəkan qəsəbəsinə gələrək, burada qonaq olan rus şairi Sergey Yeseninlə görüşürlər. Məclis Qaryağdıoğlunun oxuması ilə qızışır. Yesenin heç çür inana bilmir ki, 64 yaşlı qocanın belə zəngin və məlahətli səsi ola bilər. Beləcə, xanəndənin zil və təravətli səsi, sürəkli zəngulələri şairi vəcdə gətirir. Qaryağdıoğlu ifasına “ayaq” verib qavalı yerə qoyunca salonu alqış səsləri titrədir. Lakin ovsunlanmış Yesenin   xəyala dalaraq heç özü də bilmir ki, xanəndəni necə mükafatlandırsın və onun şərəfinə bədahətən şeir deyir. Misralarında Cabbar əmini “Şərq musiqisinin peyğəmbəri” adlandırır.

Milli opera sənətimizin pərvərişində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. 1906-cı ildə Şuşada “Leyli və Məcnun” tamaşasında Məcnun rolunu dəfələrlə oynayıb. Deyilənə görə, səhnəyə çıxanda başına quş yuvası qoyubmuş. Yuvanın içində bülbül varmış. Cabbar Leylinin qəbri üstündə hönkürəndə bülbül uçub gedib.

Onun adı Azərbaycan Dövlət Konservatoriyasının da ilk təşkilatçıları sırasında çəkilir. 1934-cü ildə Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında 73 yaşlı Cabbar Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənərək, 1-ci yerə layiq görülüb. Bir qədər sonra - 1936-cı il martın 31-də Azərbaycan Dövlət Dram Teatrında görkəmli xanəndənin 75 illik yubileyi təntənə ilə qeyd edilib.

Cabbar Qaryağdıoğlunun fon valına köçürülmüş 50 mahnısı “Azərbaycan xalq nəğmələri” adı ilə ayrıca kitab şəklində çap olunub. Yeri gəlmişkən, həmin mahnılardan birinin həm sözlərinin, həm də musiqisinin müəllifi Cabbar əmidir.   Bu, məşhur “İrəvanda xal qalmadı” mahnısıdır. Deyilənə görə, ilkin variantda “İrəvanda xan qalmadı” olub). Qədim Azərbaycan şəhərində varlı bir şəxsin oğlunun toy məclisində bədahətən düzüb qoşaraq oxuyub.

Xalq artisti Cabbar Qaryağdıoğlu 1944-cü ildə Bakıda vəfat edib. Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. Cismən dünyanı tərk etsə də, səsi ilə yaşayır və adını yaşadır.

Əli NƏCƏFXANLI

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Fikrət Şiriyev: Bu gün prof. Cəfər Cəfərovun doğum günüdür

Fikrət Şiriyev: Bu gün prof. Cəfər Cəfərovun doğum günüdür

John Doe 3 saat əvvəl

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

Elman Eldaroğlu: "Təzadlar" qəzeti 33 yaşında...

John Doe 1 həftə əvvəl

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

Şəmil Sadıqov: Aqil bəy, sən Türk dünyasının fikir adamı kimi öz yerini tutmusan

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

Məmməd Əvəzoğlu: Cənubi Azərbaycan xatirələrim

John Doe 2 həftə əvvəl

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

Akif Əli: Eh, Balayev... Əziz dost, nə tez getdin...

John Doe 2 həftə əvvəl

Şəmil Sadıqov: Rəsulzadənin məzarı üstünə şüşədə Qarabağ torpağı qoymuşdu!

Şəmil Sadıqov: Rəsulzadənin məzarı üstünə şüşədə Qarabağ torpağı qoymuşdu!

John Doe 2 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib

İlham Əliyev Antalyada Diplomatiya Forum...

17 aprel 2026 22:08:42
• İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb}

İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakista...

17 aprel 2026 17:33:01
• İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib}

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim...

10 aprel 2026 14:35:25
• İlham Əliyev Litvanın Baş nazirini qəbul edib}

İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

10 aprel 2026 12:54:55
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com