24 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İran prezidenti qonşu ölkələrə müraciət edib

İran prezidenti qonşu ölkələrə müraciət edib

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Elm və Təhsil
YADA DÜŞƏN XATİRƏLƏR Elm və Təhsil

Misir Mərdanov: Görkəmli riyaziyyatçı-alim Zahid Xəlilovun doğum günüdür

1 il əvvəl 291 01

Misir Mərdanov:

Görkəmli riyaziyyatçı-alim Zahid Xəlilovun doğum günüdür

Əziz dostlar, yanvarın 14-ü Azərbaycanın görkəmli riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik, riyaziyyat sahəsi üzrə ilk azərbaycanlı elmlər doktoru, professor Zahid Xəlilovun doğum günüdür.

Xəlilov Zahid İsmayıl oğlu, funksional analiz, diferensial tənliklər, elastikiyyət nəzəriyyəsi və neft mexanikası sahələrində tanınmış dünya şöhrətli alim,14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Borçalı mahalında anadan olmuşdur. 1929-cu ildə Tiflis şəhərində Nəriman Nərimanov adına Pedaqoji Texnikumu, 1932-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdir. 1937-1940-ci illərdə Tibilisi Riyaziyyat İnstitutunun aspirantı olmuşdur. 1937-ci ildən Tibilisi Dövlət Universitetində professor Stefan Berqmanın rəhbərliyi ilə elmi fəaliyyətə başlamışdır. S. Berqman Amerika Birləşmiş Ştatlarına mühacirət etdikdən sonra, o, məşhur alim акаdemik N. İ. Musxelişvilinin rəhbərliyi ilə elastiqiyyət nəzəriyyəsi ilə məşğul olmuşdur. O, 1940-cı ildə 29 yaşında Tibilisi Dövlət Universitetində "Klebş məsələsi və onun ümumiləşməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Zahid Xəlilov 1940-cı ildə Bakıya qayıdır və Azərbaycan Dövlət Universitetində dosent vəzifəsində çalışır.

1942-ci ildən başlayaraq Zahid Xəlilov SSRİ ЕА-nın Аzərbaycan filialının Fizika sektorunda yeganə riyaziyyatçı оlaraq еlmi fəaliyyətə başlayır. О, tezliklə bir neçə nəfər işçisi оlan Riyaziyyat və Nəzəri fizika seksiyasını, daha sonra isə Riyaziyyat bölməsini yaradır. Sonralar bu bölmənin bazasında Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu, daha sonra isə Кibernetika İnstitutu yaranır. Zahid Xəlilov hələ gənc yaşlarından riyaziyyat və mexanikanın prioritet istiqamətlərini görürdü. Təsadüfi deyil ki, o, funksional analizin metodlarının, riyaziyyatın müxtəlif sahələrinə, o cümlədən diferensial və inteqral tənliklərin həllinə tətbiqi sahəsində mühüm elmi nəticələr almışdı. Bunların nəticəsi olaraq, qeyd olunan istiqamətlər, sonralar respublikada riyaziyyat elminin inkişaf etmiş sahələrindən birinə çevrildi.

Zahid Xəlilov 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutnun Riyaziyyat sektorunun rəhbəri təyin olunmuşdur. O, 1946-cı ildə 35 yaşında Tiflisdə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və riyaziyyat üzrə ilk azərbaycanlı elmlər doktoru olmuşdur.

Xüsusi qeyd etmək lazımdır ki, 1949-cu ildə dünyada Funksional analiz sahəsində rus dilində «Основы функционального анлиза» adlı ilk monoqrafiyanın müəllifi akademik Zahid Xəlilov olmuşdur.

1946-1950-ci illərdə о, klassik sinqulyar inteqral tənliklər nəzəriyyəsini ümumiləşdirərək mücərrəd sinqulyar inteqral tənliklər nəzəriyyəsini yaratmış və inkişaf etdirmişdir. Onun bu nəticələri sovet və xarici ölkə alimlərinin tədqiqatlarında geniş istifadə olunmuş, 1949-cu ildə nəşr etdirdiyi ”Xətti normallaşdırılmış fəzalarda xətti tənliklər” monoqrafiyasının əsasını təşkil etmişdir. Z. İ. Xəlilov funksional Banax fəzalarında verilmiş diferensial tənlikləri tədqiq edən ilk alimlərdəndir. O, yuxarıda qeyd olunan nəticələri riyazi fizikanın bir sıra məsələlərinin həllində tətbiq edərək, qiymətli nəticələr almışdır. Qeyd edək ki, bu sahə hal-hazırda da riyaziyyatın aparıcı sahələrindən biridir.

1952-1954 illərdə Zahid müəllim dəyişənlərinə görə ayrılmayan hiperbolik və parabolik tənliklər üçün qoyulmuş qarışıq məsələlərin həlli ilə bağlı, sonralar onun davamçıları tərəfindən riyaziyyatın müxtəlif sahələrində geniş tədbiq olunan, yeni metod vermişdir. Bu metoda görə qarışıq məsələnin həlli tənliyin baş hissəsinin təyin etdiyi operatorun məxsusi funksiyalarına görə ayrılış şəklində verilir.

1961-cı ildə Zahid Xəlilov ilk olraq dünya miqyasında Banax fəzasında qeyri-məhdud operator əmsallı diferensial tənliklərin həllərinin dayanıqlığı məsələsini həll etmişdir. Onun bu nəticələri dünyanın bir sıra tanınmış riyaziyyatçılarının monoqrafiyalarında öz əksini tapmışdır.

Zahid Xəlilov yaradıcılığının xarakterik cəhətlərindən biri o idi ki, o, konkret tətbiqi əhəmiyyəti olan məsələlərin həlli üçün yeni metodlar yaradır və onları uğurla bu məsəsələlərin həllinə tətbiq edirdi. Buna misal olaraq, onun Lavrentyev-Bitsadze tənliyi üçün qoyulmuş sərhəd məsələsinin həllinin varlığı üçün yeni metod-şəbəkə metodunu yaratmasını göstərmək olar. Sonralar bu metod müxtəlif alimlər tərəfindən sərhəd məsələlərinin həllinin varlığını isbat etmək üçün istifadə olunmuşdu. Bu sahədə olan nəticələrlə əlaqədar o, qaz və neftin filtirasiyası nəzəriyyəsinin ümumi məsələsini həll etmişdir. Onun bu nəticələri bir neçə onilliklər ərzində respublikamızda tətbiqi məsələlərin həll edilməsinə zəmin yaratmışdır.

Keçən əsrin 60-cı illərindən başlayaraq, bu böyük alim abstrakt fəzalarda diferensial tənliklər nəzəriyyəsini tətbiq etməklə xüsusi törəməli diferensial tənliklərlə ifadə olunan sistemlərin optimal idarə edilməsi ilə əlaqəli bir sıra mühüm nəticələr almış və onları nüfuzlu elmi jurnallarda çap etdirmişdir. Riyaziyyatda yeniliyi daim hiss edən Zahid Xəlilov ardı arası kəsilmədən elmi axtarışlar aparırdı. Öz-özünə qoşma olmayan diferensial operatorların spektral nəzəriyyəsinə aid bir sıra mühüm nəticələrdə ona məxsusdur. Requlyar halda bu tip operatorların spektral analizin təməli keçən əsrin əvvəllərində Birkhof və Tamarkin tərəfindən qoyulmuşdur. Sinqulyar öz-özünə qoşma olmayan Şredinger operatoruna isə ilk dəfə 1952-ci ildə Gelfand baxmışdır. Zahid Xəlilov 1955-ci ildə Keldışın operatorlar dəstəsi nəzəriyəsinə öz tövhəsini verən bir məqalə çap etdirir. Bu işdən xüsusi hal kimi Gelfandın yuxarıda qeyd olunan işinin nəticəsi alınır. Qeyd edək ki, sözü gedən Keldış “Dəstəsindən əvvəl” 1945-ci ildə Zahid Xəlilov, bu mövzuda çap olunan işində, məşhur bir teorem isbat etmişdir. Bu teoremdə kompleks parametrdən analitik asılı olan inteqral operatorla vahid operatorun cəminin spektri xarakterizə olunur.

Zahid Xəlilov 1955-ci ildə birbaşa Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Gərgin elmi fəaliyyəti ilə bərabər Zahid Xəlilov Azərbaycan Dövlət Universitetində otuz ildən artıq pedaqoji fəaliyyətlə məşgul olmuşdur. О, «Nəzəri mexanika» kafedrasının müdiri, son vaxtlar isə «Funksional analiz və funksiyalar nəzəriyyəsi» kafedrasının professoru olmuş və yüksək ixtisaslı elmi kadrların hazırlanmasına böyük əmək sərf etmiş, 30-dan artıq elmlər namizədi və elmlər doktoru hazırlamışdır, onların bir neçəsi sonralar Azərbaycan Elmlər Akademiyasının müxbir və həqiqi üzvləri seçilmişlər.

O, 1950-1957-ci illərdə Fizika və Riyaziyyat İnstitutunun direktoru, 1957-1959-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1962-ci illərdə isə akademik-katib vəzifələrində çalışmışdır. Akademik Zahid Xəlilov 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, 1967-ci ildən isə ömrünün sonunadək Riyaziyyat və Mexanika İnstitutunun direktoru olmuşdur. Zahid Xəlilov Sovet riyaziyyatçıları, mexanikləri Milli Komitəsinin və SSRİ Ali Attestasiya Komissiyasının üzvü idi. Böyük alim 7 kitabın və 75 elmi əsərin müəllifi olmuşdur.

Respublikamızın siyasi həyatında Zahid Xəlilovun böyük əməyi olmuşdur. О, Bakı Sovetinin, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası MK-nın üzvü seçilmişdir.

Onun əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilmiş iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və Şərəf Nişanı ordeni ilə təltif olunmuş, Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. O, çox saylı Beynəlxalq Elmi Konfrans və Forumların (İsveç-1962, Çexoslovakiya-1963, Avstriya-1964, Honq-Konq-1964) iştirakçısı olmuşdur. Zahid Xəlilovun tədqiqatları funksional analiz, diferensial və inteqral tənliklər, riyazi fizika tənlikləri və mexanikanın müxtəlif problemlərinə həsr olunmuşdur. Zahid İsmayıl oğlu Xəlilov 4 fevral 1974-cü ildə 63 yaşında Bakı şəhərində vəfat etmiş, Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Allah rəhmət eləsin.

Fərizxan Cəfərov

Görkəmli alim, Borçalının fəxri ZAHİD müəllimə Allah rəhmət eləsin. Bu dahi haqqında oxuculara geniş və dəqiq məlumat verən çox hörmətli MİSİR müəllimə Allahdan can sağlığı arzulayıram.

Ilhama Aliyeva

Allah rəhmət eləsin. Allah nəvəsi Zahid Qasımova da rəhmət eləsin

Rafail Inceyurd Ismayilov

Zahid müəllimin ruhu şad olsun. Bu geniş və müfəssəl yazıya görə hamımız sizə təşəkkür edirik, Misir müəllim. Siz xüsusilə riyaziyyatın və riyaziyyaçıların canlı ensklopediyasısınız.

Bayram Garalov

Misir müəllim, heyf ki, qəbr üstü abidələri gözəl təmir olunmur

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirildi

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirildi

John Doe 4 gün əvvəl

Azərbaycanda şagirdlər üçün oyun əsaslı öyrənməyə start verilir

Azərbaycanda şagirdlər üçün oyun əsaslı öyrənməyə start verilir

John Doe 5 gün əvvəl

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

John Doe 5 gün əvvəl

Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”

Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”

John Doe 6 gün əvvəl

Kitabxananın oxucuları müsabiqə qalibləri oldular

Kitabxananın oxucuları müsabiqə qalibləri oldular

John Doe 1 həftə əvvəl

8000 il əvvəl Sahara yaşıl və yağışlı idi: elm adamları inandırıcı dəlillər tapdılar

8000 il əvvəl Sahara yaşıl və yağışlı idi: elm adamları inandırıcı dəlillər tapdılar

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com