Braziliyalı mütəxəssislər Qazaxıstanda
Braziliyadan Aktau şəhərinə Embraer təyyarələri istehsal edən müəssisənin nümayəndələri gəlib.
Bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
İstintaq komissiyası qəza yerində əlavə işləri planlaşdırıb.
Yaxın günlərdə Braziliyadan Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) nümayəndələrinin də gələcəyi gözlənilir.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer E-190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin beş ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.