Məmməd Əvəzoğlu:
Bilmir
Bəxtəvər insan odur sevgi-məhəbbət bilmir,
Evini, daxmasını ruhuna qürbət bilmir.
Nəyə lazım çəkəsən başqasımın dərdini sən,
Nə çəkir qarnı ucundan qara millət, bilmir.
İşi düşmür bir harın məmura, ya məhkəməyə,
Nədi minnət, nədi hörmət, nədi rüşvət, bilmir.
Hər gün üç-beş kərə heyvan kimi tıxsın yeməyin,
Sürünür çayxanalarda, nədi zəhmət, bilmir.
Arvad hardan qazanır, bir kərə almır vecinə,
Ardı, namusdu, şərəfdi, nədi qeyrət, bilmir.
Tanıyırsansa əgər, açma onun ağzını sən,
Bu adam normal adamlar kimi söhbət bilmir.
Bəxtəvər söyləmə xoşqeyrətə, ruhsuz bədənə,
Məhəmməd, sən deyən insan nədir ibrət, bilmir.
Məmməd Əvəzoğlu.01.12.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.