Haber Qlobal: Fransa təxribatlarla COP29-u pozmağa çalışır
Azərbaycana qarşı düşmənçiliyi ilə tanınan Fransa Bakıda keçirilən COP29 iqlim konfransını pozmağa çalışıb.
Bu barədə Türkiyənin “Haber Global” telekanalının saytında dərc olunan “Məqsəd Bakını ləkələməkdir, Fransanın hədəfi iqlim sammitidir” məqaləsində deyilir.
Məqalənin müəllifi Əmrə Öztürk yazır ki, Fransa aktiv lobbiçilik fəaliyyəti ilə məşğul olub, lakin bu cəhdlər uğur qazanmayıb.
Nəşrin məlumatına görə, "Intelligence Online" kəşfiyyat agentliyi Fransanın “Havas” lobbi təşkilatının COP29-u nüfuzdan salmağa yönəlmiş fəaliyyəti barədə məlumat yayıb. Avropa, ABŞ və Rusiyada aparılan kampaniya sammitin neft hasil edən ölkədə keçirilməsinin qəbuledilməz olduğu arqumentinə əsaslanırdı. Lakin Azərbaycanın diplomatik səyləri sayəsində Fransa öz məqsədlərinə nail ola bilmədi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.