Bakıda Qələbə Günü münasibətilə təntənəli yürüş keçirilib
Bakıda 8 Noyabr - Qələbə Günü münasibətilə hərbi qulluqçuların iştirakı ilə yürüş keçirilib.
Hərbi orkestrin müşayiəti ilə hərbçilər beş nöqtədən başlayaraq paytaxt küçələri ilə yürüş ediblər. Yürüş əvvəlcədən müəyyən edilmiş nöqtələrdə başa çatıb.
Yürüş zamanı hərbi marşlar səslənmiş, hərbi qulluqçular “Hər şey Vətən üçün!”, “Şəhidlər ölməzdir, Vətən bölünməzdir!” şüarlarını səsləndirmişlər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Bakıda yürüş beş istiqamətdə həyata keçirilib.
Birinci marşrut Heydər Əliyev Sarayından Neftçilər prospekti və Azadlıq meydanından keçərək “Amay” ticarət mərkəzinə qədər uzanır.
Üçüncü marşrut Musabəyov parkından başlayır, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti və Parlament prospekti ilə Şəhidlər Xiyabanına qədər uzanır.
Dördüncü - Səməd Vurğun küçəsi ilə "Olimpik Ulduz" idman kompleksindən Zabitlər parkı, sirk, Heydər Əliyev Sarayı və Nəsimi abidəsinin yanından keçərək Neftçilər prospektinə.
Beşinci marşrut Nəriman Nərimanovun abidəsindən başlayır, Mərkəzi Park, Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev Sarayı və Mərkəzi Bankdan keçərək “28 Mall” ticarət mərkəzinə gedib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.