Айнура Магаммедова:
Hörmətli Tahir müəllim, Sizi növbəti uğurlu nəşrinizin işıq üzü görməsi münasibətilə təbrik edirəm! Gördüyünüz bütün işlər Vətənə sevgidən, ona fədakar xidmətinizdən, vətənpərvərliyinizdən irəli gəlir. Mətbəx xalqın mədəniyyətinin, inkişafının tərkib hissəsidir.
Qədim və keşməkeşli tarixə malik Qərbi Azərbaycanımızın zəngin mətbəxinə həsr etdiyiniz silsilə nəşrlərə görə Sizə təşəkkürümüzü bildiririk! Sizə elmin, mədəniyyətin inkişafında mühüm əhəmiyyət kəsb edən şərəfli, məsuliyyətli işlərinizdə tükənməz enerji və bol uğurlar diləyirəm!
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
AMEA Gəncə Bölməsində “Qərbi Azərbaycanın şirin inciləri” kitab-albomunun təqdimatı olub
28.10.2024 tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində “Qərbi Azərbaycanın şirin inciləri” kitab-albomunun təqdimatı olub
Müəllifləri Azərbaycan Milli Kulinariya Assosiasiyasının və TÜRKSOY-un “Türk Dünyası Mətbəx Kültürü, Elmi və Sənəti Birliyi” nin prezidenti Tahir Əmiraslanovun və Aynurə Əmiraslanovanın olduqları kitab AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin 02. 07. 2024 tarıxli 6/7 saylı qərarı ilə nəşr olunub.
Tədbirin başlanğıcında Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
AMEA Gəncə Bölməsini sədri, akademik Fuad Əliyev “Qərbi Azərbaycanın şirin inciləri” kitab-albomunun respublikamızın ikinci şəhərində təqdimetmə mıərasimini açaraq, son dövrlər milli mətbəximizin elmi baxımdan araşdırılması və beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində köklü işlər görən tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanovu və toplantının digər qonaqlarını salamlayıb. O, müəllifi Azərbaycan mətbəxinin əsrlərdən gələn xüsusiyyətlərini dərindən araşdıran, onu mədəniyyətimizin tərkib hissəsi səviyyəsində təqdim etməyi bacaran şəxs kimi xarakterizə edib.
Akademik Fuad Əliyev tarixən milli mətbəximizin “yemək yalnız insanın doyması üçün deyil, sağlamlığına xidmət etməsi üçündür” amili üzərində qurulduğunu dilə gətirərək, bu gün müzakirə mövzusu olan kitabda da bu başlıca prinsipin gözlənildiyini qeyd edib.
Akademik Fuad Əliyev həmçinin Tahir Əmiraslanov və AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin əməkdaşı, gənc tədqiqatçı Aynurə Əmiraslanova tərəfindən yazılmış "Qərbi Azərbaycanın şirin inciləri" kitabının Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların disturlarının bərpasını və tarixi-etnoqrafik tədqiqatı əhatə etməsinin təqdirəlayiq elmi yanaşma kimi dəyərləndirib.
Tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslasnov çıxış edərək, AMEA Gəncə Bölməsnin sədri, akademik Fuad Əliyevə elmimizin hər bir sahəsinə, eləcə də ictimai faydalı təşəbbüslərə daim həssas yanaşdığına, elə bu baxımdan da milli mətbəx dünyamızdan bəhs edən bu kitabı yüksək dəyərləndirdiyinə görə minnətdarlıq bildirib.
Müəllif həmçinin qeyd edib ki, kitabın ərsəyə gəlməsi və onun təqdimatlarının keçirilməsi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində reallaşdırılıb. T.Əmiraslanov bu nəşrin , 2020-ci ildə cap olunmuş və dünyanın ən yaxşı kulinariya kitabı elan edilmiş “İrəvan Xanlığı Bölgə Mətbəxi” kitabının davamı olduğunu və hazırda arxiv materrialları əsasında “19-cu əsr İrəvan Şəhərinin Mətbəxi” kitabının işlənildiyini də vurğulayıb.
“Qərbi Azərbaycanın şirin inciləri” lahiyəsinin rəhbəri və kitabın həmmüəllifi, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin kicik elmi işçisi Aynurə Əmiraslanova çıxışında Qərbi Azərbaycan şirniyyatları ilə Gəncə Şirniyyatları arasındakı oxşarlığin mahiyyətindən danışıb, onların hər ikisinin eyni düşüncə tərzinin məhsulu olduğunu göstərib. O, həmçinin bu təamların əksəriyyətinin Nizami Gəncəvinin kitablarında əks oldunğunu da faktlarla nümayiş etdirib.
Kitabın rəyçisilərindən, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin əzəli yurd yerlərimizdən olan Qərbi Azərbaycana qayıdış konsepsiyasının sülh yolu ilə, öz milli–mənəvi qüdrətimizə, elmimizə, inkişafımıza güvənərək gerçəkləşəcəyi haqda fikirlərini xatırladaraq, bu işə alim və təqiqatçıların da öz töhfələrini verməsinin, o cümlədən elə bu gün müzakirə olunan kitabın da həmin qayıdışın daha da yaxınlaşmasına xidmət etdiyini dilə gətirib.
AMEA Gəncə Bölməsi Tarix Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova çıxış edərkən, əsrlər boyu ailə daxilində uşaqlara ədəb-ərkanın, tərbiyənin məhz süfrə arxasında təlqin edildiyinə və bu ənənənin bu gün də milli dəyər kimi qorunduğuna diqqət çəkib və sözügedən kitabın da bu ruhda yazıldığının hiss edidiyini vurğulayıb. O, həmçinin onun səhifələrində keçmiş zamanların səyyahlarının qeydləri də daxil olmaqla, tutarlı tarixi dəlillərdən, eləcə də bütün varlığı ilə elin mənəvi ruhunun simvolu olan Aşıq Ələsgərin söz dünyasından yeri gəldikcə, istifadə edildiyini təqdirəlaiq hal kimi xarakterizə edib.
“Qərbi Azərbaycanın şirin inciləri” kitabının xüsusiyyətləri haqda tədbirə qatılan qonaqlar da öz fikirlərini bildiriblər.
Azərbaycan Texnologiya Universitetindən - Qida Mühəndisliyi fakultəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Mehman İsmayov, Qida Mühəndisliyi və Ekspertiza kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Mərdan Tağıyev, həmin kafedranın dosenti, texnika üzrə fəlsəfə doktoru Afət Qasımova, turizm sənayəsinin təşkili kafedrasının baş müəllimi Fizuli Musayev , eləcə də Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin şirniyyatçı ixtisasının müəllimi Fidan Mahmudova öz çıxışlarında kitabın mütəxəssislər, eləcə ali və peşə üzrə təhsil müəssələrində tədris prosesi üçün faydalı olduğunu qeyd ediblər.
“Zilli” şirniyyat evinin qənnadçısı Mətanət Əlizadə kitabın şirniyyatların işində praktiki tətbiqindən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin üzvüləri Səlbi Baxış və Aləmzər Əlizadə kitabın nəşrinin mədəni bir hadisə olduğunu da qeyd ediblər.
Tədbirin yekununda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev müəlliflərə və iştirakçılara maraqlı görüş və dəyərli fikir mübadilələri üçün təşəkkür edib. O, həmçinin elmi mahiyyət daşıyan hər bir faktın, o cümlədən mətbəximizə aid əsərlərin patentləşdirilməsinin, müəllif hüquqlarına nail olunmasının vaciliyi məsələsini də xatırladıb. O, ermənilərin plagiat adətinin qarşısının alınmasında alimlərimizin öz patent və müəllif hüquqlarının təminatının həlledici rolu olacağına diqqət çəkib.
Akademik Fuad Əliyev bölmə tərəfindən Gəncə süfrə mədəniyyəti ilə bağlı yeni bir kitabın hazırlanacağnı da qeyd edib, həmçinin bu elm ocağında cap olunan kitabları müəliflərə təqdim etdi.
Təqdimatda iştirak edən bütün qonaqlara kitab paylanılıb.
Qeyd edək ki, 216 səhifədən ibarət “Qərbi Azərbaycanın şirin inciləri” kitabı iki dildə – Azərbaycan və İngilis dillərində mətnlərə malikdir. Kitabda Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyat düsturları ilk dəfə geniş şəkildə təqdim olunur. Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq oxuculara ilk dəfə təqdim edilib.
Kitabda unlu və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Nəşr üçün ön sözü Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva yazıb. Kitabın sonunda isə 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında məlumatlar yer alır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.