Toyota uçan taksi istehsalına 500 milyon dollar sərmayə qoyacaq
Yaponiyanın aparıcı avtomobil istehsalçısı Toyota Motor kommersiya sərnişin daşımaları üçün hava taksi şirkəti olan "Joby Aviation"a 500 milyon dollar sərmayə qoyur.
“Toyota Motor Corporation" və "Joby Aviation" elan etdi ki, Toyota, iki şirkətin hava hərəkətliliyinə dair ortaq vizyonunu inkişaf etdirmək üçün Joby-nin elektrikli hava taksisinin sertifikatlaşdırılması və kommersiya istehsalına dəstək vermək üçün əlavə 500 milyon dollar sərmayə qoyacaq.
Maliyyələşdirmənin 2024-cü ilin sonunda və 2025-ci ildə iki bərabər tranşla həyata keçiriləcəyi bildirilir. Yapon konserninin Joby Aviation-a ümumi sərmayəsi 894 milyon dollara çatacağı halda, kommersiyalaşdırılmasının birinci mərhələsi üçün istehsal alyansının yaradılması planlaşdırılır.
Xatırladaq ki, 2024-cü ilin fevralında “Khaleej Times” qəzeti "Joby Aviation"ın Dubay Yollar və Nəqliyyat İdarəsi ilə müqavilə imzaladığını və bu müqaviləyə əsasən, şəhərdaxili hava daşımalarının iki ildən sonra başlayacağını bildirmişdi. Hava taksisinin sürəti 320 km/saata çatacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.