Məmməd Əvəzoğlu
Eyləmişəm
Sən bılirsən səni qəlbimdə nihan eyləmişəm,
Yetərəm vəslinə, hər dəmdə güman eyləmişəm.
Elə hey seyr edirəm bağçadakı qönçələri,
O qızıl güllər ilə bağrımı qan eyləmişəm.
Görmədim bircə kərə bülbülü girsin bu bağa,
Mən ki ondan daha çox bağda məkan eyləmişəm.
Sən əkən gülləri hər fəslidə seyran edirən,
Səbi-yelda gecəsin bağçada dan eyləmişəm.
Güllərə əllərinin ətri ətir qatmış idi,
Könlümə qüssə-qəmi sivri tikan eyləmişəm.
Gülümün eşqi, əzizim, məni bağban elədi,
Quruyan hər budağı tazə fidan eyləmişəm.
Çox əziyyətlərə qatlaşdı Məhəmməd, biləsən,
Bir gülün xətrinə bil, ömrü viran eyləmişəm.
Məmməd Əvəzoğlu.06.09.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.