Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub göndərib.
Məktubda deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Siz haqlı olaraq həmvətənləriniz arasında və xaricdə yüksək nüfuza maliksiniz.
Rusiyada Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığa şəxsi töhfənizi yüksək qiymətləndirirlər.
Bu yaxınlarda Bakıda keçirdiyimiz görüşü məmnunluqla xatırlayıram. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və bütün ailə üzvlərinizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.