26 fevral 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İrəvan Aİ-dən seçkiləri "Rusiyanın müdaxiləsindən" qorumağı xahiş edir

İrəvan Aİ-dən seçkiləri "Rusiyanın müdaxiləsindən" qorumağı xahiş edir

Визит К.Токаева в США способствует продвижению экономической повестки Казахстана

Визит К.Токаева в США способствует продвижению экономической повестки Казахстана

«Надёжность - новая сила»: опубликована статья Токаева в американском СМИ

«Надёжность - новая сила»: опубликована статья Токаева в американском СМИ

Avropa Ukraynanın köməyi ilə dronlara qarşı ucuz müdafiə sistemi yaradacaq

Avropa Ukraynanın köməyi ilə dronlara qarşı ucuz müdafiə sistemi yaradacaq

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşdü

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər sabah azadlığa buraxılacaqlar

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

Prokuror Ruben Vardanyana ömürlük həbs cəzası tələb etdi

Fransaya casusluq etməkdə ittiham olunan Martin Rayanın məhkəməsi Azərbaycanda davam edib

Fransaya casusluq etməkdə ittiham olunan Martin Rayanın məhkəməsi Azərbaycanda davam edib

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

1 il əvvəl 421 01

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

İyunun 27-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb.
Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb: “Bu gün 105 yaşlı Universitetimizin həyatında əlamətdar və unudulmaz gündür. 5000-dən çox məzun yaddaşlarına daimi həkk olunacaq tələbəlik illəri ilə vidalaşıb, ömür yollarının yeni mərhələsinə qədəm qoyur. BDU ailəsinin bir parçası olan məzunların hər biri Universitetin tarixində yeni bir səhifə yazıb. Bu, sizin gələcəkdəki böyük nailiyyətlərinizin başlanğıcıdır. Bu yolda müəllimlərinizin, ailələrinizin və yaxınlarınızın da əməyi danılmazdır. Siz xalqımızın və dövlətimizin yeni mərhələyə qədəm qoyduğu, ölkə həyatının hər bir sahəsində davamlı və dayanıqlı inkişafın, elmi-texniki tərəqqinin vüsət aldığı bir dövrdə məzun olursunuz. Tələbəlik illəriniz xalqımız və dövlətimiz üçün taleyüklü hadisələrlə zəngin bir dövrə təsadüf etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz böyük Zəfərə imza atmaqla ölkəmizin ərazi bütövlüyünü təmin etdi. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, mövqeyi möhkəmləndi. Böyük qürur və fəxarət hissi ilə qeyd etmək istərdim ki, döyüş meydanında qanından və canından keçərək qələbəyə imza atanlar arasında Universitetin yetirmələri – məzun və tələbələrimiz də oldu. Bu gün BDU məzunları işğaldan azad olmuş ərazilərdə genişmiqyası bərpa və quruculuq işlərinə həvəslə qoşulur, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yönəlmiş layihələrdə aktiv iştirak edirlər. Azərbaycan dövləti siyasi, iqtisadi, sosial və mədəni sahələrdə yeni-yeni uğurlara imza atmaqda davam edir. Ölkəmizdə yeni iş yerləri açılır, insan kapitalının müasir tələblərə uyğun şəkildə formalaşması yolunda ciddi addımlar atılır. Gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan gənci milli və mədəni köklərinə sadiq qalaraq, beynəlxalq tribunalarda ölkəmizi qürurla təmsil edir. Sizin gəncliyə xas yeni innovativ fikirləriniz, araşdırmalarınız və sosial layihələriniz Qarabağ və Şərqi Zəngəzurun inkişafına, quruculuq işlərinin sürətlənməsinə mühüm töhfələr verəcək. Universitetdə əldə etdiyiniz bilik və bacarıqlara arxalanaraq, dövlətimiz və xalqımız qarşısında böyük məsuliyyəti dərk edərək gənc mütəxəssis kimi Vətənə xidmət etmək sizin şərəfli missiyanızdır. “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” deməklə qocaman elm və təhsil ocağımıza yüksək dəyər vermiş Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərini unutmayın. Həmişə fəxr edin ki, siz xalqımızın Ümummilli Liderinin, dünya şöhrətli dövlət xadiminin məzunu olduğu Bakı Dövlət Universitetinin məzunlarısınız. Unutmayın ki, Ulu Öndər Bakı Dövlət Universitetini “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb. Həqiqətən də xalqımızın milli sərvətinə və milli iftixarına çevrilən BDU həmişə sizin eviniz olacaq. Burada qazandığınız dostluqlar, biliklər və dəyərlər ömür boyu sizinlə qalacaq”.

Rektor qeyd edib ki, bu il Məzun Günü BDU-nun yaranmasının 105 illik yubileyinə təsadüf edir. 105 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlamış Universitetdə bu gün 16 fakültədə 1500 nəfərlik professor-müəllim heyəti çalışır, 25000-ə yaxın tələbə təhsil alır. Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 5 elmi-tədqiqat mərkəzi, Mükəmməllik Mərkəzi, 22 elmi-tədqiqat laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. BDU ölkəmizdə rəqabətədavamlı və intellektli insan kapitalının formalaşmasına xidmət göstərmək, Vətənimizin dünya elm, təhsil və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ali missiyasını şərəflə yerinə yetirir. Hazırda Universitetdə tədris prosesi tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində, müasir, innovativ təlim texnologiyaları əsasında qurulur. Tədqiqat işlərinin məzmunu daim yenilənir. Dünyanın aparıcı universitetləri – Türkiyə, Almaniya, Çin, ABŞ, İsrail, İsveçrə, Qazaxıstan, Özbəkistanın nüfuzlu ali təhsil müəssisələri ilə bakalavriat, magistratura və doktorantura səviyyələrində 12 ikili diplom proqramı əsasında kadr hazırlığı həyata keçirilir. Bu il dünyanın ən nüfuzlu universitetlərinin reytinqlərindən olan QS beynəlxalq reytinqində BDU 179 pillə irəliləyərək 951-1000 aralığında qərarlaşıb. BDU “Times Higher Education World University” beynəlxalq reytinq siyahısında ölkəmizdən təmsil olunan yeganə universitetdir. BDU bundan sonra da beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, bilikli və bacarıqlı, ümumbəşəri və milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, dövlətinə sadiq və vətənpərvərlik ruhunda tərbiyə almış yüksəkixtisaslı mütəxəssis hazırlığını əzmlə davam etdirəcək: “BDU fəaliyyət göstərdiyi 105 illik dövr ərzində 200 mindən çox yüksəkixtisaslı mütəxəssis yetişdirib. BDU məzunları tarix boyu ölkə həyatının müxtəlif sahələrində, dövlət quruculuğunda məsuliyyətli və şərəfli missiyalarını layiqincə yerinə yetiriblər. BDU ailəsi öz məzunları ilə fəxr edir, onların elmi, peşə və yaradıcı fəaliyyətindən qürur duyur”.
Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.
Gənclər və idman naziri Fərid Qayıbov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Gənclərə arzu və tövsiyələrini çatdıran nazir onların peşəkar mütəxəssis, cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacaqlarına əminliyini ifadə edib, dövlətin həmişə gənclərin yanında olduğunu deyib.
Elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, bu il ölkə üzrə 85 mindən çox tələbə məzun adını qazanıb. Onlardan 56 mindən çoxu ali təhsil müəssisələrindən məzun olur. BDU-nu isə 5000-dən tələbə bitirir. Nazir müavini bildirib ki, təhsil sistemi qlobal çağırışlara cavab verməli, əmək bazarı yeni bilik, bacarıqlar və kompetensiyalar əsasında formalaşmalıdır: “BDU ölkəmizin aparıcı və ən qədim təhsil müəssisələrindən biridir. BDU-da təhsilin səviyyəsi çox yüksəkdir, tələbələr üçün əlverişli təhsil mühiti mövcuddur. Universitet həm ölkəmizdə, həm də xaricdə böyük nüfuz qazanıb. Müasir idarəetmə sisteminə malik olan bu təhsil müəssisəsi ölkə iqtisadiyyatına yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində öz əhəmiyyətli töhfəsini verməkdədir. Hesab edirəm ki, məzunlarımız müəllimlərin onlara verdiyi bilik və bacarıqları yüksək qiymətləndirəcəklər və heç vaxt öz müəllimlərini yaddan çıxartmayacaqlar. Çünki sizin əldə etdiyiniz bilik və bacarıqlar Universitetin professor-müəllim heyətinin dəyərli məhsulu və əməyidir”.
Sonra BDU haqqında videoçarx nümayiş olunub.
BDU Himayəçilər Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Türkiyənin Adana Şəhəri Təhsil İdarəsinin müdir müavini Murat Sert, Vətən Müharibəsi Qəhrəmanı, Ali Hərbi Məktəbin rektoru vəzifəsini icra edən polkovnik Nizami Mövlanov, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.
BDU-nun sıx əməkdaşlıq etdiyi Türkiyənin İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseyt Tuymabaev, Çin Xalq Respublikasının Anhui Universitetinin prezidenti Sun Changyin, Yaponiyanın Tsukuba Universitetinin prezidenti Nagata Kyosuke,  BDU-nun tanınmış məzunları - Azərbaycanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov, Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, AMEA-nın həqiqi üzvü, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyev, Böyük Britaniyanın Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri Qərib Mürşüdov, 2005-ci il üzrə Nobel Sülh mükafatı alan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) komandasının üzvü Bəxtiyar Siracov, ABŞ-nin Emory Universitetinin professoru, Emerson Elmi Hesablamalar Mərkəzinin direktoru Cəmaləddin Musayev, Dövlət Proqramının qalibləri - Böyük Britaniyanın Edinburg Universitetinin dövlət siyasəti ixtisası üzrə magistrantı Nihad Abbas, York Universitetinin biotibbi elmlər ixtisası üzrə magistrantı Gülər Alışova videomüraciətlərində BDU-nun Azərbaycanın ictimai-siyasi həyatında önəmini qeyd edib, 105 yaşlı Universitetə və məzunlara təbriklərini çatdırıblar.
Tədbirin özəl qonağı Türkiyənin ilk astronavtı Alper Gezeravcı olub. Məzunlara təbriklərini çatdıran Alper Gezeravcı BDU məzunlarının özəl gününü təbrik etməkdən məmnunluğunu bildirib: "Həyatınızda böyük iz buraxacaq anı yaşayırsız. Əminəm həyatda bacarmaq istədiyiniz hədəflərə universitet təhsili sayəsində nail olacaqsız. Bundan sonrakı karyeranızda sizə uğur olsun!".
Tədbirdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzuna sertifikat və tədbirin tərəfdaşları “Pasha Holding”, “Coca-Cola”, “Ülkər – Azərbaycan”, “AZƏRÇAY”, “Njoy cofee”, “G-SHOK Casio”, “Bayramlı Group”, “Sophiss”, “Pizza Hut”,  “Veysəloğlu”, “Focus Optika” şirkətləri və “İydə” mağazalar şəbəkəsi tərəfindən hədiyyələr təqdim edilib. Xatirə lövhəsinə ən yüksək ÜOMG-yə malik olan BDU tələbələrinin adları həkk edilib.
Tədbir konsert proqramı ilə davam edib.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Misir Mədəniyyət Mərkəzində BDU-nun tələbələri ərəb dili üzrə təcrübə proqramı keçəcəklər

Misir Mədəniyyət Mərkəzində BDU-nun tələbələri ərəb dili üzrə təcrübə proqramı keçəcəklər

John Doe 5 saat əvvəl

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

John Doe 1 gün əvvəl

Bakıda yeni beynəlxalq məktəb açılır

Bakıda yeni beynəlxalq məktəb açılır

John Doe 2 gün əvvəl

Misir Mərdanov: Mənim ilk və ən böyük məsuliyyət sınaqlarımdan biri

Misir Mərdanov: Mənim ilk və ən böyük məsuliyyət sınaqlarımdan biri

John Doe 2 gün əvvəl

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

John Doe 5 gün əvvəl

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

John Doe 6 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com