Klassiklərimiz Avropa birinciliyinə 4 medalla başlayıblar
Dünən Serbiyanın Novi-Sad şəhərində 17 yaşlı yeniyetmələr arasında idman güləşi üzrə Avropa birinciliyinə yunan-Romaçıların çıxışı ilə start verilib. Birinciliyin start günü beş təmsilçimiz mübarizəyə qatılıb ki, onlardan da dördü daha uğurla çıxış edərək fəxri kürsüyə qalxıb. AGF-dan verilən məlumata görə, təmsilçilərimizdən Əmrah Əmrahov (48 kq) yalnız həlledici finalda büdrəyərək ikinci yeri tutub və gümüş medalla kifayətlənib. Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov (110 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
Bu gün daha beş klassikimiz döşək üzərinə çıxaraq mübarizəyə qatılıb. Onlardan dördü - Turan Daşdəmirov (51 kq), Yusif Əhmədli (71 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev (92 kq) finala yüksəlib. Bunlar hamısı çempionluq uğrunda son final görüşünə çıxacaqlar. Daha bir təmsilçimiz - Nicat İsgəndərli (45 kq) isə bürünc medal uğrunda güləşəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.