U-20 basketol millimiz AÇ-nın hazırlığına başlayıb
20 yaşlı oğlanlardan ibarət basketbol üzrə U-20 yığmamız ispaniyalı məşqçi Alberto Blankonun rəhbərliyi altında növbəti təlim-məşq toplanışına başlayıb. Qeyd edək ki, iyunun 20-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında başlayan təlim-məşq toplanışı qarşıdakı Avropa çempionatına hazırlıqin ikinci mərhələsi hesab olunur. Toplanışa iyulun 4-də yekun vurulacaq.
Millimiz bu hazırlıq prosesində əsasən taktiki və texniki hücum-müdafiə planları üzərində çalışır. Toplanışda ispaniyalı mutəxəssə millimizin köməkçi məşqçiləri Zaur Paşayev və Anar Hacıyev kömək edir. Yeri gəlmişkən, yiqmamizin iştirak edəcəyi Avropa çempionatının B divizionunun oyunlar 12-21 iyul günlərində Rumıniyanın Piteşti şəhərində keçiriləcək . Bu arada Blanko ABF- nin rəsmi saytına açıqlama verib: "Toplanış 10-12 gündən çox davam edəcək. Düzdü, hələ heyəti tam seçməsəm də oyunçuların hazırlığından razıyam. Yəqin ki, gələn həftə heyəti müəyyənləşdirəcəm. Bizi qarşıda çətin oyunlar gözləyir. Məqsədimiz qalıb gəlməkdir"- Blanko deyib
Yeri gəlmişkən, yığmamız AÇ -da B qrupunda Portuqaliya, Böyük Britaniya, İrlandiya və Hollandiya millisi ilə qarşılaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.