U-16 və U-18 yığmalarımız TMT-ya başlayıblar
İyunun 17-dən etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarımız Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının (TMT) ikinci mərhələsinə başlayıblar. Məşq işlər Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi U-16, Anar Sarıyev və Fərid Əmirovun məşqçiləri olduğu U-18 millilərimiz, taktiki və texniki məşqlərini müntəzəm şəkildə davam etdirirlər.
Hazırlıq prosesində U-16 millimiz artıq bir yoxlama oyunu da keçirib. Millimiz, “A” divizionunda çıxış edən Gürcüstan U-16 seçməsinə 58-40 hesabı ilə qalib gəlib. U-16 və U-18 millilərimizin hazırlıq prosesi müvafiq olaraq 9-14 iyul Albaniyanın paytaxtı Tirana və 23-28 iyul Albaniyanın Elbasan şəhərlərində keçiriləcək Avropa çempionatı “C” divizionunun oyunlarına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, TMT-nin Gürcüstanda təşkil edilən ikinci mərhələsi 23 iyuna qədər davam edəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.