Xorvatiya san anda şansını itirib
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatı davam edir. Dünən çempionatın B qrupunda son həlledici turun oyunları keçirilib. Turun və qrupun mərkəzi oyunu Xorvatiya ilə İtaliya arasında olub. Hər iki komanda qrup ikincisi olaraq pley-offa rahat keçmək istəyi ilə meydana qələbə iddiasında çıxıb. Əslində xorvatlardan fərqli olaraq İtalyanlara heç-heçə də bəs edirdi. Düsseldorfdaki "Merkur Spiel Arena"da baş tutan və dramatik məcrada davam edən oyun sonda İtaliya yığmasına sərf edən hesabla bitib - 1:1. İtaliyanlar məqlubiyyətdən yaxa qurtarmağa və onlara lazım olan heç-heçəyə yalnız hakim Dani Makkelinin əlavə etdiyi 8 dəqiqənin sonunda nail olublar. Bununla da xallarının sayını 4-ə çatdıran "skuadra adzurra" qrup ikincisi olmaqla Avro-2024-un pley-offuna keçib. Xorvatiya isə şansınız ucunculərdən birinə çevrilib.
Oyun olduqca dramatik məcrada keçib. Beləki, ikinci hissədə İtaliyanın qapısına təyin edilən penaltı zərbəsindən xorvatiyalı Lüka Modriç yararlana bilməyib. Onun uzaq küncə vurduğu topu italiyalı qolkiper Canluici Donnaruma geri qaytarıb. Lakin bundan bir dəqiqə sonra (55-ci dəq) Modric hesabı açaraq öz səhvini düzəldib - 1:0. Bu qol sayəsində Modriç Avropa çempionatlarında qol vuran ən yaşlı (38 yaş, 289 gün) futbolçu kimi tarixə düşüb. Bu hesab Xorvatiya millisinin qrup ikincisi olmasına bəs edirdi. Lakin hakimin matçın əsas hissəsinə birdən-birə 8 dəqiqə əlavə etməsi xorvatlarin əksinə işləyib. 8 dəqiqənin bitməsinə saniyələr qalanda italiyalı futbolçu Mattua Cakkaniya baxımlı bir qolla oyunun taleyini həll edib - 1:1.
Bundan sonra Modricin göz yaşları heç nəyi dəyişməyib.
Nəticədə italiyalı mütəxəssis Lucano Spalletinin komandası yarışlara davam, xorvatiyalı məşqçi Zlatko Dalicin komandası isə....
Dünən B qrupunda keçirilən digər oyunda isə İspaniya millisi Albaniya üzərində minimal hesabla qalib gəlib - 1:0. Matçın taleyini həll edən qolun müəllifi 13-cu dəqiqədə Torres olub. O, Olmonun ötürməsinı qola çevirib.Bununla da "qırmızı fyuri" qrupda mümkün olan bütün xalları toplayaraq pley-offa lider kimi keçib.
B qrupunda vəziyyət belədir:
İspaniya 3 3 0 0 5:0 9
İtaliya 3 1 1 1 3:3 4
Xorvatiya. 3 0 2 1 3:6 2
Albaniya 3 0 1 2 3:5 1
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.