Alman maşını don anda işini görüb
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatı davam edir. Dünən A qrupunda yer alan komandalar arasında qrup oyunları çərçivəsində son turun görüşləri keçirilib.Qrupa liderlik edən Almaniya millisi Frankfurt-na-Mayne şəhərindəki "Deutsche Bank Park" stadionunda İsveçrə ilə qarşılaşıb. Qarşılaşmada ilk qolu isveçrəlilər vursalar da "Alman maşını" son anda öz işini görüb. Nəticədə 58 min tamaşaçının birbaşa stadionda izlədiyi oyun sülh şəraitində bitib - 1:1. Vurulan qollara gəlincə, İsveçrə millisindən Dan Ndoy fərqlənib. O, 28-ci dəqiqədə Toni Kroosun ötürməsinı qola çevirib. Almanlar yalnız ikinci hissənin əlavə edilən vaxtında (90+2) bərabərlik qolunu vurublar. Almaniyalı futbolçu Fyullkruq baş zərbəsi ilə baxımlı qola imza atıb.
Bu heç-heçə sayəsində Almaniya millisi qrup liderliyini özündə saxlayıb.
A qrupunda digər oyunda isə Şotlandiya və Macarıstan komandasi üzləşib. Həmin görüşdə isə macarlar Cobatin (90+10) vurduğu yeganə qol sayəsində minimal hesabla qalib gəliblər - 1:0. Bu qələbə Macarıstan komandasına yalnız qrupda üçüncü olmaq imkanı verib. Bu isə macarlara mübarizəni pley-offda davam etdirməyə kömək etməyib.
Beləliklə, A qrupunda ilk iki yeri tutan Almaniya (7 xal) və İsveçrə (5 xal) pley-offa adlayıb.
A qrupunda yekun vəziyyət belədir:
Almaniya 3 2 1 0 8:2 7
İsveçrə 3 1 2 0 5-3 5
Macarıstan 3 1 0 2 2:5 3
Şotlandiya 3 0 1 2 2:7 1.
Bu gün çempionatın B qrupunda son turun oyunları keçiriləcək. Qrupa 6 xalla liderlik edən İspaniya millisi Albaniya (1 xal) ilə, İtaliya (3 xal) isə Xorvatiya (1 xal) komandasiyla qarşılaşacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.