Avstriya Berlində Polşanı məğlub edib
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatı davam edir. Bu gün daha bir oyun D qrupunda Polşa ilə Avstriya arasında baş tutub. Berlindəki "Olimpiastadion"da keçirilən və taleyi türkiyəli referi Xəlil Umut Mələrə tapşırılan oyun Avstriya komandasının 3:1 hesablı qələbəsi ilə bitib. Matçda ilk qolu 9-cu dəqiqədə avstriyalı Trauner vurub 1:0. 30-cu dəqiqədə polşalı Kişiştof Pentek dəqiq zərbə ilə pozulmuş statusu bərpa edib 1:1. Matçın 66-cı dəqiqəsində Baumqartner polşanın qapısına daha bir qol vurmaqla hesabı 2:1-ə çatdırıb. Maraqlı məqamlardan biri matçın 77-ci dəqiqəsində baş verib. Polşalı qolkiper Baytex Şensin rəqib oyunçu Marsel Zabittserə qarşı kobudluq edərək onun qol vurmasına mane olub. Bu halda matçın türkiyəli hakimi Mələr polşalı qolkiperi sarı kartla cəzalandirmaqla yanaşı, həm də onun qoruduğu qapıya penalti təyin edib. 78-ci dəqiqədə Arnautovic penaltini dəqiq yerinə yetirməklə hesabı 3:1-ə çatdırıb.
Hazırda D qrupunda Hollandiya - Fransa matçı keçirilir. Hər iki komanda ilk oyunu qələbə ilə başa vurub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.