Ukrayna millisi Avro2024-də ilk qələbəsini qazanıb
Bu gün Avro-2024-də təqvim üzrə keçirilməsi nəzərdə tutulan üç oyundan biri E qrupunda Ukrayna ilə Slovakiya arasında baş tutub. Düsseldorfdaki 'Merkur Spiel Arena"da reallaşan qarşılaşma Ukrayna millisinin qələbəsi ilə bitib - 1:2. Qeyd edək ki, matçın ilk yarısında slovakiyali İvan Şrantsin (17-cibdəqiqə) vurduqu qoldan sonra hesabda geri düşən Ukrayna millisi ikinci yarıda daha fəal olub. Əvvəlcə Nikolay Şaparenko (54-cu dəq) bərabərlik qolunu vurub -1:1. 80-ci dəqiqədə isə məhz onun ötürməsinı Roman Yaremcuk qola çevirməklə hesabı Ukraynanın xeyrinə dəyişib - 1:2. Bununla da start matçında Rumıniyaya (1:3) uduzan Ukrayna millisi Avro-2024-də ilk qələbəsini qazanmaqla aktivinə üç xal yazdırıb. Nəticədə Ukrayna qrupda ikinci pilləyə yüksəlmək imkanı tapıb.
Bu gün E qrupunda Rumıniya Belçika ilə üzləşəcək.
Hazırda E qrupunda vəziyyət belədir:
Rumıniya - 3 xal (1 oyun), Ukrayna - 3 xal (2), Slovakiya - 3 xal (2), Belçika - 0 xal (2).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.