Cud Bellinqem Avro-2024-ün startında İngiltərəyə qələbə qazandırıb
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatın dünənə təsadüf edən üçüncü günü daha üç oyun keçirilib. Diqqətçəkən oyunların birində C qrupunda yer alan "İngiltərə ilə Serbiya millisi qarşılaşıb. Qelzenkirxen şəhərindəki "Veltins Arena"da baş tutan oyunda britaniyalılar minimal hesablı qələbə qazanıblar - 1:0.
Bu oyundan sonra İngiltərə millisinin kapitanı və təcrübəli forvardı Harri Keyn Billenqem haqda xoş sözlər deyib: "O, inanılmaz dərəcədə yüksək səviyyəli bir futbolçudur. Bellinqim həqiqətən də bu gün unvanına deyilən təriflərə layiqdir. Hər şey onun oyunun gedişində etdiyi manevrlərdən, özünə inamdan irəli gəlir. Hər oyunçuya qol vurmaq üçün onun çıxış etdiyi mövqedən də çox şey asılıdır. O, öz mövqeyində mümkün olanı edir".
Yeri gəlmişkən, İngiltərə növbəti matçını iyunun 20-də Danimarkaya qarşı keçirəcək.
Dünən çempionatın C qrupunda keçirilən digər oyunda Cloveniya ilə Danimarka hərəyə bir qolla meydanı sülh şəraitində tərk edib - 1,1. Ştutqart şəhərindək "MNR Arena"da baş tutan matçın 17-ci dəqiqəsində danimarkalı Eriksen hesabı açıb - 0:1. 77-ci dəqiqədə isə Yanka bərabərlik qolunu vurub - 1:1.
Dünən çempionatın D qrupunda da bir oyun baş tutub. Hamburq şəhərindəki "Volksparkstadion"da keçirilən Polşa - Hollandiya matçında ikinci qələbə qazanıb - 1:2. Polşalı Buksa hesabı (16-cı dəqiqə) açsada, sonradan Qakno (29) və Veqxorstun (83) vurduğu qollar Hollandiyaya qələbə qələbə qazandırıb.
Bu gün çempionatda daha 3 oyun keçiriləcək. D qrupunda Avstriya - Fransa, E qrupundasa Rumıniya - İspaniya, Belçika - Slovakiya qarşılaşması olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.