İtaliya Albaniyanı məğlub edib
Oyunda Avropa çempionatlari tarixinin ən tez qolu vurulub
Almaniyada futbol üzrə keçirilən Avropa çempionatı davam edir. Çempionatın ikinci günü B qrupunda daha bir oyun keçirilib. Söhbət Dortmund şəhərindəki "Siqnal Final Park" stadionunda keçirilən İtaliya -Albaniya matcindan gedir. Qarşılaşma İtaliya yığmasının qələbəsi ilə başa çatıb - 2:1.
Görüşdə ilk qolu albanlar vurub. 22-ci saniyədə Albaniya millisinin oyunçusu Musail Bayramı dəqiq zərbə ilə hesabı açıb - 1:0. Bu bütün Avropa cempionatlari tarixində ən tez vurulan qol olub.
Oyunun 2-ci dəqiqəsində italiyalıların hesabı berabərləsdirmək imkanları olub. Lakin Lorentso Pelleqrini bu fürsəti qaçırıb. Bununla belə İtaliya yığması çox vaxt itirmədən məqlub durumdan çıxa bilib. İkinci dəqiqədə qol şansını qaçıran Pelleqrini bərabərlik qolunu vurub - 1:1.
Matçın 16-ci dəqiqəsində isə Nikolo Barella dəqiq zərbə ilə İtaliya yığmasını hesabda irəli çıxarıb - 2:1. Bundan sonra oyunda qol vurulmayıb.
Bu gün isə Avro-2024-də üç oyun keçiriləcək. D qrupunda Polşa - Hollandiya, C qrupunda isə Sloveniya - Danimarka və Serbiya - İngiltərə matçı olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.