09 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Kamran Nəzirli: XANIM YAZARLARIMIZIN FƏALLIĞI

1 il əvvəl 332 01

Kamran Nəzirli:

XANIM YAZARLARIMIZIN FƏALLIĞI

SÖZün gəlişi

Son illər ədəbi mühitimizdə xanım yazarlarımızın fəallığını müşahidə edirəm; bu məni çox sevindirir. Onlar öz yaradıcılıq nümunələrini, kitablarını hərdən mənə də göndərirlər. Bəyəndiyim nümunələri böyük məmnuniyyətlə tərcümə edirəm; çalışıram ki, həm şeirlərin, həm də nəsr əsərlərinin poetik ruhunu yaralamadan ideya-məzmun dəyərlərini çatdıra bilim. Ən çətin iş bədii mətnlərin tərcüməsidir. Burda hər bir sözün məna yükü var, buna görə də tərcüməçi mətni çevirərkən təkcə onun ekvivalenti barədə düşünmür, həm də həmin mətni təzədən yazmaq-yaratmaq barədə düşünür. Burda bilik, intellekt, dünyagörüşlə...yanaşı, yazıçılığın da köməyə gəlir. Tərcümə prosesi əzablı, üzücü və məsuliyyətlidir; bir əsəri ən azı üç dəfə oxumalı olursan: birinci dəfə mətnlə tanış olmaq və başa düşmək üçün, ikinci dəfə artıq tərcümə prosesi zamanı və üçüncü dəfə isə redaktə zamanı oxuyursan. Müəlliflərin əksəriyyəti bunu yaxşı anlayır.

Budur, qarşımda daha iki maraqlı kitabın elektron versiyası var; onları mənə Moskvada yaşayan istedadlı xanım yazarımız Ulduz Qasim göndərib. Birincini – “Xocalı şikəstəsi” kitabını ötən ilərin birində oxumuşdum. Onu mənə qələm dostlarım Vaqif Bəhmənli və Rəhilə xanım Gülgün oxumağa vermişdilər, xahiş etmişdilər ki, tərcümə edim. Roman Xocalı soyqırım hadisələri nəticəsində baş vermiş insan faciələrini bədii şəkildə əks etdirir, bəşəriyyəti haqqın yanında olmağa səsləyir. Ulduz xanım növbəti kitabını da ortaya qoyub- “Ağ göyərçinlər”. Kitabın redaktoru və ön sözünün müəllifi istedadlı qələm dostum Tahir Aydınoğludur. “Ağ göyərçinlər”in Tanrıya yetişən diləyi” ön sözündə T. Aydınoğlu yazır:”Uzun illərdən bəri Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan soydaşımız və tələbəlik yoldaşım Ulduz İmanovanın-- Ulduz Qasımın sonuncu əsəri olan “Ağ göyərçinlər” romanını çapa hazırladığım günlər həm müəllif, həm də mənim üçün nadir bir təsadüfün sevinci ilə əlamətdar oldu. Görəsən, söz adamının yaxınlaşan tarixi hadisəni qabaqcadan duyub-görməsi və zamanında qələmə alması çoxmu olub? Bizim günlərdə isə Ulduz xanımın bu əsəri bədii müjdəsi ilə zamanı qabaqladı.

İndiki halda mən “Ağ göyərçinlər”in timsalında ədəbiyyatda nadir təsadüf olunan sənətkar uzaqgörənliyinin şahidiyəm. Belə bir sənət faktının çağdaş həyat gerçəyi ilə üst-üstə düşməsi möcüzəsini görüb-yaşayan ilk oxucu kimi müəllifin yaradıcılıq uğurunun sevincindən mənə də pay düşdü. Qoy oxucular da bu möcüzəli təsadüfə biganə qalmasınlar və mənim düşündüklərimə şərik olsunlar. Şuşanın inanılmaz görünən xilası ulu Yaradanın xalqımızın çəkdiyi müsibətlərə dözümündən, torpaq uğrunda canından keçməyə hazır olmasından və ədalətin gec-tez üstün gəlməsi barədə Tanrı nizamına mütləq inamından qaynaqlanan möcüzədir. Yazıçının öncəgörməsi də bu inamdan doğan bədii nurlanmadır...”

Qələm dostumun bu fikirləri ilə tamamilə razıyam. Və bunu da əlavə etmək istəyirəm ki, Ulduz xanımın “Ağ göyərçinlər”ini oxuyanda əvvəlcə mənə elə gəldi ki, bu, tərcümə əsəridir, onu hansısa bir rus müəllifi qələmə alıb. Sonra əsəri oxuduqca bizim ana dilimizin incəliklərinə, hər bir abzasın, hər bir cümlənin biri-biriylə məntiqi əlaqəsinə, bədii-publisistik üslubun çalarlarına rast gəldim və bizim sevimli yazıçımız Seyran Səxavət demişkən “bekar cümlə” görmədim. Əsərin süget xətti və məzmunu barədə yazmaq istəmirəm; bunu xüsusi qeyd edim ki, “Ağ göyərçinlər” sərhədləri aşmağa layiq əsərdir və mən böyük məmnuniyyətlə bu əsərin tərcüməsinə başladım.

Biz öz həqiqətlərimizi dünyaya bədii ədəbiyyat vasitəsi ilə də çatdırmalıyıq. Bu sahədə son illər bizim xanım yazarlarımız daha fəal görünürlər. Mən onlardan bəzilərinin adlarını da çəkmək istəyirəm: Firuzə Məmmədli, Zemfira Məhərrəmli, Kəmalə Abiyeva, Qənirə Paşayeva, Sona Vəliyeva, Elnaz Eyvaz, Aysel Aydın Əlizadə, Xatirə Fərəcli, Afaq Şıxlı, Rəbiqə Nazimqızı, Nərmin Kamal, Günel Eyvazlı, Ülviyyə Heydərova, Xanım Aydın, Günel Şamilqızı, Nəzakət Məmmədli, Mina Rəşid...və onlarla indi yadıma sala bilmədiyim xanım yazarlarımızın əsərlərindən nümunələr mənim tərcüməm və bəzən də təqdimatımla sərhədləri aşır, İngiltərə, Türkiyə, Rusiya, Belarus, Kanada, ABŞ və s. ölkələrdə çap olunurlar.Tərcümə etdiyim xanım müəlliflərin əksəriyyətini tanıyıram (yalnılz imzasını tanıdıqlarım da var, bəzilərinin heç xəbəri yoxdur ki, onların şeirlərini ingiliscəyə tərcümə etmişəm, Ankarada şair-filosof Mehmet Nuri Parmaqsızın və bizim Yazıçılar Birlyinin mətbuat katibi Xəyal Rzanın sayəsində nəşr olunub), onlar həm İNSAN kimi, həm də istedadlı qələm sahibi kimi dəyərli ziyalı qadınlarımızdır. Hazırda bu siyahıya biri də - mühacirətdə yaşayan yazıçımız Ulduz xanım Qasım da əlavə olunur.

Bu gün Azərbaycan qadını sosial rifah naminə evdə də, çöldə də işləyir, ictimai-siyasi həyatda fəal iştirak edir, beynəlxalq tribunalarda çıxış edir... çox zəhmət çəkirlər. Bununla belə, Azərbaycan qadını poetik düşüncəsindən də qalmır, yaradıcılıqla məşğul olur, şeirlər, romanlar yazır. Bir çoxlarının əsərlərini tərəddüdsüz sənət nümunələri adlandırmaq olar. Onlar insanda hiss və həyəcan doğurur, diqqət və ehtirama layiqdir. Bu əsərlərdə ürək, ruh, məna yükü, əşya və varlıqların xarakterik təsvirləri və əlbəttə, obrazlı təəssürat var... Ötən əsrin 90-cı illərindən sonra qadın yazarlarımızın yaradıcılığında əsas mövzu SEVGİ - İnsana Sevgi, doğma Evə, Ailəyə, Dosta, ən başlıcası isə Azərbaycana sevgidir, bütün dünyaya sevgidir! Qadın yazarlarımız dünyanın taleyi üçün kişilərdən heç də az narahat olmurlar. Onlar istər-istəməz ilk növbədə əcdadlarımızın bizə miras qoyduğu tarixi köklərimizə, ənənələrimizə bağlıdırlar. Bu gün onlar cəmiyyətdə mənəvi prosesə öz yaradıcılıqları ilə bir növ təkan verir, onu zənginləşdirirlər. Bu da, damcı olsa da, dünya ədəbi prosesinə bir töhfədir.

Bütün gözəl xanım yazarlarımıza can sağlığı, könül xoşluğu və yaradıcılıq uğurları arzulayıram; özümə də Allahdan sağlamlıq, səbr, enerji və güc diləyirəm. Yarımçıq işlərim çoxdur...

Bakı, 6 iyun 2024-cü il

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

John Doe 1 gün əvvəl

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 4 gün əvvəl

Əbədiyyətə bərabər sevgi

Əbədiyyətə bərabər sevgi

John Doe 1 həftə əvvəl

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

John Doe 1 həftə əvvəl

Xatirə Rəhimli: VƏTƏN!

Xatirə Rəhimli: VƏTƏN!

John Doe 1 həftə əvvəl

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” v...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com