Bakı kitabxanasının layihəsində Dağıstan yazıçısı da iştirak edir
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Təbiətə valeh olanlar” layihəsini həyata keçirir.
Uşaq və yeniyetmələr üçün “Orlyonok-Dağıstan” («Орлёнок-Дагестан») respublika qəzetinin məsul katibi, Rusiya Yazıçılar İttifaqının üzvü, “Verba” ədəbi klubunun iştirakçısı, yazıçı Lyubov Ostrevnaya kitabxanaya növbəti “Gözəl müdafiəçi” («Пушистый защитник») nağılını təqdim etdi.
Nağılda oxucular Dağıstanın Urahi kəndinin igid oğlu Murad və onun cəsarətli pişiyi Levla (Aslanla) tanış olurlar. Pişik kəndi oraya dəfələrlə hücum edən düşmənlərdən xilas edir.
Müəllif heyvanın yiyəsinə olan sədaqətini və qədirbilənliyini vurğulayır. Nağılda həm də ətəyində Urahi kəndi olan dağların əzəmətindən və Yatan Aslan (Спящий Лев) dağından bəhs edilir.
Nağılı https://drive.google.com/file/d/1CsMFDqYdsEywRueaYmaScGngIzYgNNjO/view?usp=sharing keçiddə oxumaq olar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.