Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində "XXI əsrdə turizmdə yeniliklər və turizm coğrafiyasında yeni yanaşmalar" mövzusunda elmi seminar keçirilib.
Seminarda Türkiyənin Ege Universitetinin Coğrafiya bölümünün professoru Hüsun Baykal mövzu ilə bağlı çıxış edib. O, turizm trendləri, mədəni və etno-mədəni irs, təbii və bioloji müxtəliflik, mədəni irsin turizmdə istifadəsi, yaşıl, sosial turizm, kənd, dağ, icma, ekoloji turizmi haqqında dünya alimlərinin və özünün tədqiqat işləri haqqında məlumat verib. Müasir dövrdə dünya ölkələrində ictimai-siyasi vəziyyətin dəyişməsi, qlobal istiləşmə nəticəsində baş verən fəsadlar, epidemioloji şərait və bir sıra başqa səbəblərdən turizmdə yeni istiqamətlərin, növlərin meydana çıxdığını seminar iştirakçılarının nəzərinə çatdırıb. Hüsun Baykal Turizm coğrafiyası fənninin tədrisinin əsas problemləri, coğrafiya və turizm arasındakı əlaqələr, onun mədəni, təbii, ərazi amilləri, bu sahədə baş verən yeniliklər və ən yaxşı təcrübələr haqqında məlumatları da seminar iştirakçıları ilə paylaşıb.
Elmi seminarın sonunda türkiyəli alim auditoriya iştirakçılarının suallarını cavablandırıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.