14 iyul 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb

Hikmət Hacıyev: D-8 təşəbbüsünün ilk nəticələrini artıq görürük

Hikmət Hacıyev: D-8 təşəbbüsünün ilk nəticələrini artıq görürük

İlham Əliyev: "Xəzər dənizində nəqliyyat layihələri Azərbaycan və Qazaxıstan olmadan mümkün deyil"

İlham Əliyev: "Xəzər dənizində nəqliyyat layihələri Azərbaycan və Qazaxıstan olmadan mümkün deyil"

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir +FOTO=44

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir +FOTO=44

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə Apelyasiya Məhkəməsi cavabdehlərin vəsatətlərinə baxıb

İtaliyada 120 milyon avro dəyərində 340 kq kokain müsadirə edilib

İtaliyada 120 milyon avro dəyərində 340 kq kokain müsadirə edilib

Monakoda ukraynalı iş adamına qarşı sui-qəsdin mümkün sifarişçisinin adı açıqlanıb

Monakoda ukraynalı iş adamına qarşı sui-qəsdin mümkün sifarişçisinin adı açıqlanıb

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Ermənistan vətəndaşlarının məhkəməsi Bakı Apelyasiya Məhkəməsində davam etdirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. RƏSMİ XƏBƏR
Siyasət RƏSMİ XƏBƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib

2 il əvvəl 350 01

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.

İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Hörmətli Sadır Nurqojoyeviç.

Hörmətli qonaqlar.

Bir daha Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.

Sizi ölkəmizdə görməyimizə çox şadıq. Bu, Sizin dövlət səfərinizdir. Əminəm ki, səfərin yekunları ölkələrimiz və xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcək.

Bu gün Sizinlə məhdud dairədə ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələləri müzakirə etdik. Həm ikitərəfli münasibətlərin inkişafı məsələlərində, həm də bizim beynəlxalq təşkilatlarda iştirakınızla bağlı məsələlərdə, beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı dəstək üzrə mövqelərimiz tam üst-üstə düşür. Bu gün Dövlətlərarası Şuranın ikinci iclasını keçirəcəyik, müvafiq nazirliklərin nümayəndələrinin görülən işlər haqqında hesabatını dinləyəcəyik. Prinsip etibarilə ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üzrə iş heç vaxt dayandırılmayıb. Müvafiq nazirliklər, idarələr daimi təmasdadırlar, fəal qarşılıqlı fəaliyyət göstərirlər və müntəzəm məsləhətləşmələr keçirirlər. Ona görə də əminəm ki, bugünkü səfər həm də nazirlər üçün qarşılıqlı fəaliyyətimizin aktual məsələlərinin müzakirəsinə imkan yaradacaq.

Bu gün Sizinlə artıq investisiya sahəsində əməkdaşlığın perspektiv məsələlərini müzakirə etdik və dediyim kimi, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərini artırırıq, çünki bu imkandan istifadə etmək istəyən biznesmenlərdən çoxlu müraciətlər daxil olur. Beləliklə, zənnimcə, bu, investisiya sahəsində qarşılıqlı fəaliyyətin mühüm aləti olacaq.

Həmçinin energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Qırğızıstanın bu sahədə böyük potensialı var və Azərbaycan şirkətləri bərpaolunan enerji sahəsində işləməkdə maraqlıdır. Bu gün bu mövzunu da müzakirə edəcəyik.

Əlbəttə, biz gələcəkdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasına ümid edirik. Bunun üçün perspektivlər mövcuddur. Bu gün imzalanacaq sənədlər bu istiqamətdə yaxşı baza yaradacaq.

Əlaqələrimizi daha böyük məzmunla tamamlamaq üçün, əlbəttə, gələcəkdə nəqliyyat sahəsində də fəal əməkdaşlıq edəcəyik. Çünki həm Qırğızıstanda, həm də Azərbaycanda nəqliyyat sahəsində iri infrastruktur layihələri həyata keçirilir, fəaliyyətimizin birləşdirilməsi və əlaqələndirilməsi yeni dəhlizlər açmaq, yeni nəqliyyat arteriyaları yaratmaq üçün müstəsna dərəcədə əhəmiyyətlidir.

Çox şadam ki, bu gün Sizinlə qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışında iştirak edəcəyik. Bu, ölkələrimiz arasında sıx qardaşlıq münasibətlərinin daha bir təzahürüdür.

Bir daha xoş gəlmisiniz.

x x x

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

- Hörmətli İlham Heydər oğlu, sağ olun.

Hörmətli iclas iştirakçıları.

Hörmətli İlham Heydər oğlu, əvvəlcə icazə verin, qardaş Azərbaycana dövlət səfəri etməklə bağlı dəvətinizə, həmçinin mənə və Qırğız Respublikasının nümayəndə heyətinin üzvlərinə göstərilən səmimi qəbula görə Sizə təşəkkürümü bildirim.

Qırğızıstan-Azərbaycan dostluğu haqqında Sizin sözlərinizə məmnuniyyətlə qoşulmaq istəyirəm, Sizinlə tam razıyam. Qonaqpərvər Azərbaycan torpağında Sizinlə bir daha görüşməyimə, Qırğızıstan-Azərbaycan əməkdaşlığının gələcək inkişafı haqqında fikirlərimi bölüşməyimə ürəkdən şadam. Əminəm ki, bu səfər iki ölkə arasında münasibətlərin dərinləşməsinə böyük töhfə olacaq, bu gün imzalan sənədlər isə əməkdaşlığımızın genişlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, bütün sahələrdə praktiki əməkdaşlıq üçün geniş imkanlarımızın olduğu barədə Sizin fikrinizlə razıyam. Qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə - xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulub. Biz Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət veririk. Qırğızıstan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırdır. Məhdud formatda görüşdə biz artıq əməkdaşlığımızın bir çox mühüm məsələlərini müzakirə etdik, onun əsas istiqamətlərini, prioritetlərini qeyd etdik və Dövlətlərarası Şuranın iclası çərçivəsində müzakirələri davam etdirəcəyik. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib +FOTO=5

Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib +FOTO=5

John Doe 3 saat əvvəl

İlham Əliyev: "Xəzər dənizində nəqliyyat layihələri Azərbaycan və Qazaxıstan olmadan mümkün deyil"

İlham Əliyev: "Xəzər dənizində nəqliyyat layihələri Azərbaycan və Qazaxıstan olmadan mümkün deyil"

John Doe 11 saat əvvəl

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir +FOTO=44

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir +FOTO=44

John Doe 14 saat əvvəl

Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub  +VİDEO/FOTO=45

Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub  +VİDEO/FOTO=45

John Doe 2 gün əvvəl

İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub +VİDEO/FOTO=30

İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub +VİDEO/FOTO=30

John Doe 2 gün əvvəl

İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub +VİDEO/FOTO=37

İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub +VİDEO/FOTO=37

John Doe 2 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib +FOTO=5

Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Ə...

13 iyul 2026 23:18:53
• İlham Əliyev: "Xəzər dənizində nəqliyyat layihələri Azərbaycan və Qazaxıstan olmadan mümkün deyil"}

İlham Əliyev: "Xəzər dənizində nəqliyyat layihələri Azərbayc...

13 iyul 2026 15:16:43
• İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir +FOTO=44}

İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştir...

13 iyul 2026 12:08:06
• Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub  +VİDEO/FOTO=45}

Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpa...

12 iyul 2026 00:04:51
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com